Nestle Ukraynanın “müharibə sponsorları” siyahısına daxil edilib
Ukraynanın Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyi (NAPC) dünyanın ən böyük qida şirkəti Nestle-ni Rusiyada biznes fəaliyyətini davam etdirdiyi üçün “müharibə sponsorları” siyahısına əlavə edib.
Bu barədə Marja.az NAPC-a istinadən xəbər verir.
"NAPC İsveçrənin Nestle korporasiyasını Rusiyada fəaliyyətini davam etdirməsi, malların tədarükü və Rusiya istehsal bazasını genişləndirməsi səbəbindən müharibənin beynəlxalq sponsorları siyahısına əlavə edib",- NAPC bildirib.
Şirkətin dünya üzrə 2000-dən çox brendi var: KitKat, Nescafe, Nesquik, Nestea və başqaları.
Agentlik iddia edir ki, şirkətin Rusiya Federasiyasına ixrac və idxalın dayandırılması ilə bağlı açıqlamalarına baxmayaraq, Rusiya mağazalarının rəfləri “Nestle məhsulları ilə dolub”.
Əvvəllər Raiffeisen Bank, Procter & Gamble, Leroy Merlin, Comnav Technology, Liberian International Ship & Corporate Registry, Auchan, Bacardi, Aliexpress onlayn ticarət platformasına sahib olan Alibaba, Mars və PepsiCo korporasiyaları, həmçinin Philip Morris və Japan Tobacco kimi tütün şirkətləri NACP bu "qara siyahı"sına daxil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























