İstiqrazlar üzrə 5,5 milyon borcu olan Azərbaycan şirkətində ağır vəziyyət - İNVESTORLAR İTİRƏ BİLƏRLƏR
2023-cü ilin birinci yarısında (yanvar-iyun) metal məmulatların istehsalı ilə məşğul olan "AzeSteelCompany" ASC şirkətinin satışdan gəlirləri 571 min manat təşkil edib. 2022-ci ilin eyni dövründə Şirkətin satışdan gəlirləri 5 milyon 210 min manat təşkil etmişdi. Beləliklə, bu ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə "AzeSteelCompany" şirkətinin satışdan gəlirləri 9 dəfədən çox azalıb.
Marja.az-ın məlumatına görə, 2022-ci ilin ilk yarsını 437 min manat xalis mənfəət ilə başa vurmuş "AzeSteelCompany", 2023-cü ilin birinci yarısında 1 milyon 511 min manat zərər ilə üzləşib.
2023-cü ilin birinci yarısında "AzeSteelCompany" şirkətinin cəmi gəlirləri 573 min manat, cəmi xərcləri 2 milyon 84 min manat, xərclər gəlirləri üstələdiyindən xalis zərəri 1 milyon 511 min manat olub.
"AzeSteelCompany" 2022-ci ili 1 milyon 806 min manat xalis zərər ilə bağlamışdı.
30 İyun 2023-cü il tarixində "AzeSteelCompany" şirkətinin yığılmış zərəri 3 milyon 869 min manata çatıb və 10 milyon 854 manat cəmi kapitalını azaldaraq 6 milyon 985 min manata düşməsinə səbəb olub.
30 İyun 2023-cü il tarixində "AzeSteelCompany" şirkətinin kreditlər üzrə 1 milyon 984 min manat, alınmış borclar üzrə 819 min manat, istiqrazlar üzrə 5 milyon 548 min manat borcu olub. Şirkətin ümumi öhdəlikləri 14 milyon 206 min manat təşkil edib ki, bu da onun cəmi kaitalından iki dəfədən çox yüksəkdir.
2022-ci ilin 30 iyun tarixində "AzeSteelCompany"də debitor borclar (alacağı vəsait) 3 milyon 5 min manat ikən, 30 iyun 2023-cü il tarixində 9 milyon 328 min manat olub (3 dəfədən çox artıb).
Qeyd edək ki, "AzeSteelCompany" şirkətinin səhmdarları "AzFinance İnvestisiya Şirkəti" (61,63%), Camaləddin İsmayılov (18,45%), Kənan Ağayev (7,04%) və digər 3 fiziki şəxsdir (12,88%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)




.jpg)
