Türkiyədə inflyasiya cüzi yavaşlayıb
Türkiyə Statistika Təşkilatı (TÜİK) oktyabr ayı üzrə istehlakçı qiymətləri indeksini (inflyasiya göstəricisi) açıqlayıb.
Marja.az xəbər verir ki, Oktyabrda ölkədə istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 61,36 faiz artıb. Aylıq artım isə (sentyabr ayı ilə müqayisədə) 3,43 faiz təşkil edib.
İqtisadçılar aylıq inflyasiyanın 4%, illik inflyasiyanın 62,2% olacağını proqnozlaşdırmışdılar.
TÜİK), sentyabrda illik inflyasiyanı 61,53 faiz, aylıq inflyasiyanı 4,75 faiz olaraq açıqlamışdı.
İllik baza inflyasiya oktyabr ayında 69,76% təşkil edib. İqtisadçıların gözləntisi illik baza inflyasiyanın 70,90 %-ə yüksələcəyi idi.
Ən yüksək illik inflyasiya restoranlar və otellərdədir
Xərc qruplarına baxdığımızda, ötən ilin eyni ayı ilə müqayisədə ən çox artım müşahidə edən əsas qrup 94,12% ilə restoran və otellər olub. Bu qrupun ardınca 81,30 faizlə səhiyyə, 80,83 faizlə təhsil gəlir.
Ən aşağı illik inflyasiya 25,98 faiz artımla mənzil, 39,15 faiz artımla geyim və ayaqqabı, 46,70 faiz artımla rabitə sektorunda olub.
Aylıq müqayisədə ən yüksək inflyasiya 13,73 faiz ilə geyim və ayaqqabılarda müşahidə olunub. Nəqliyyat qrupunda istehlak qiymətləri aylıq 0,18 faiz azalıb.
Xəbər verdiyimiz kimi, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankını (TCMB) il sonu inflyasiya proqnozunu 58 faizdən 65 faizə çatdırıb. TCMB gələn ilin may ayında inflyasiyanın pik səviyyəsinin 70-75 arasında olacağının gözləndiyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





