BOKT “Falcon Finance”ın sədri dəyişdi - YENİ TƏYİNAT
Bank Olmayan Kredit Təşkilatı (BOKT) “Falcon Finance” MMC-nin İdarə Heyətinin sədri dəyişib.
Marja.az-ın əldə etdiyi məlumata görə, Təşkilatın Müşahidə Şurasının qərarı ilə Muradov Fərid Vidadi oğlu 06 noyabr 2023-cü il tarixindən BOKT “Falcon Finance” MMC-nin İdarə Heyətinin Sədri təyin edilib.
Fərid Muradov bank sahəsində əmək fəaliyyətinə 2010-cu ildə "Access Bank" QSC-də kredit mütəxəssisi kimi başlayıb. Daha sonra "Turan Bank" ASC-də müxtəlif vəzifələrdə, 2020-ci ildə "Para BOKT" ASC-də, 2022-ci ildə "Merkuri BOKT" QSC-də filial müdiri vəzifələrində çalışıb. 10.02.2023-cü ildən BOKT "Falcon Finance" MMC-də Kredit departamentinin direktoru vəzifəsində çalışıb. 06.11.2023-cü il tarixindən BOKT "Falcon Finance" MMC-də İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.
26.09.2013-cü il tarixli BKT-16 Saylı lisenziya əsasında fəaliyyət göstərən BOKT “Falcon Finance” MMC kredit bazarında fəaliyyət göstərir. Təşkilat biznes, istehlak, lombard, məişət kreditləri və lizinq təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)







