Bakı və respublikanın rayonlarına istilik verilişinə başlanılıb
15 noyabr tarixindən etibarən Bakı və respublikanın rayonlarına istilik verilişinə başlanılıb
Bu barədə "Azəristiliktəchizat" ASC məlumat yayıb.
“Azəristiliktəchizat” ASC-nin vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir.
Mövsüm ərzində paytaxt ərazisində 21, digər şəhər və rayonlarda 46 İstilik Sistemləri İstismar Sahələri fəaliyyət göstərəcəkdir.
Cəmiyyətdə daimi olaraq 1090-a yaxın, istilik mövsüm zamanı isə 2279 əməkdaşı çalışır. Onlardan 500-ə yaxını regionlarda çalışanlardır.
Cəmiyyətin xidmət zonasına daxil olan istehlakçıların istilik təchizatı haqqında :
Bakı şəhərində və digər rayonlarda isə payız-qış mövsümü cari ilin noyabr ayının 15-dən başlayır və növbəti ilin aprel ayının 15-nə qədər davam edir. Cari mövsümdə “Azəristiliktəchizat” ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında balansında olan 561 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3863 yaşayış binasının, 184,0 minə yaxın mənzilin, 285 orta məktəbin, 127 uşaq bağçasının, 151 səhiyyə müəssisəsinin və 2500-ə yaxın sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur. 2023-2024-cü illər payız-qış mövsümünə hazırlıq işləri yekunlaşdırılmış və mövsümə vaxtında başlanması, istehlakçıların dayanıqlı və keyfiyyətli istilik enerjisi ilə təchiz edilməsi üçün nəzərdə tutulan bütün tədbirlərin vaxtında icra edilməsi təmin edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən respublikanın dağ rayonlarında 1 noyabr tarixindən etibarən istilik verilişinə başlanılıb.
Ölkə üzrə 14 dağ rayonundan Cəmiyyətin qazanxanalarının mövcud olduğu 9 dağ rayonu (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı ) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi fəaliyyət göstərir və mövsüm növbəti ilin may ayının 1-nə qədər davam edəcək.
Dağ rayonlarında 34 yaşayış binasının, 16 orta məktəb, 3 uşaq bağçasının, 2 səhiyyə müəssisəsinin, 18 sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.
İşğaldan azad olunan ərazilərin istilik infrastrukturunun yaradılması ilə bağlı görülən işlər haqqında
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Cəmiyyətə məxsus gücü 8110 kVt/saat olan 7 qazanxana tam hazır vəziyyətə gətirilib. 1 noyabr tarixindən etibarən ümumilikdə 20-yə yaxın inzibati və sosial təyinatlı binanın istilik və isti su ilə təmin edilməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
17 d. əvvəl
Lombard şirkəti "BQ" 52 investordan illik 15%-lə 2 milyon manat borc aldı
- 27 d. əvvəl
-
-
39 d. əvvəl
Nissan Çinin avtomobil istehsalçısı ilə danışıqlar aparır: Ortaq istehsal gündəmdədir
-
2 saat əvvəl
PAŞA Bank, Dövlət Vergi Xidməti aksizli mallar üzrə yeni rəqəmsal ödəniş həlli təqdim edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
"PAŞA Kapital"ın xalis mənfəəti artıb - ŞİRKƏTİN MALİYYƏ VƏZİYYƏTİ
-
2 saat əvvəl
"BRAND CREDİT" BOKT maliyyə göstəricilərini açıqladı - HESABATLAR VƏ AUDİTORUN RƏYİ
-
2 saat əvvəl
Xalq Bank Visa Direct to Account and Wallet xidmətini istifadəyə verdi
-
3 saat əvvəl
Bank sədri: "Bu il 100 milyon manatlıq istiqraz emissiyasını planlaşdırırıq"
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Səhmdarlarımız nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər"
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Prezident İlham Əliyev Türkiyədə şəfərdədir
Aprelin 17-də gözlənilən hava şəraiti
"BRAND CREDİT" BOKT maliyyə göstəricilərini açıqladı - HESABATLAR VƏ AUDİTORUN RƏYİ
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
“Teleradio”ya yeni rəhbər təyin edilib
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
















.jpg)






