Daha bir şirkət SOCAR istiqrazları ilə əməliyyatlara başlayıb
Azərbaycanda fəaliyyət göstərən daha bir broker şirkəti SOCAR istiqrazlarını satmağa başlayıb. "Texnika Kapital Menecment" istiqrazlar üzrə əməliyyatları həyata keçirib.
Şirkətdən bildiriblər ki, onun müştəriləri SOCAR istiqrazları sifariş verib. Buna görə də "Texnika Kapital Menecment" 20 min dollar məbləğində əməliyyat həyata keçirib.
Qeyd edək ki, indiyədək SOCAR istiqrazları üzrə təkrar bazarda 33 milyon dollardan artıq əməliyyat aparılıb. Həmin qiymətli kağızlar əvvəlcədən elan onunan minimum qiymətdən - 1000 dollardan baha satılıb.
Xatırladaq ki, indiyədək 4 şirkət SOCAR istiqrazlarını satırdı. Bunlar "Afinans", "İnvestAZ", "PAŞA Kapital" və "PSG Kapital" şirkətləridir.
Onu da deyək ki, SOCAR istiqrazları 2016-cı ilin oktyabrında buraxılıb. Dollarla 5 illik müdətə buraxılmış istiqrazlar üzrə illik gəlirlik 5% təşkil edir. Faizlər hər 3 aydan bir ödənilir. İstiqrazlar üzrə ilk faizlər 2017-ci ilin yanvarında ödəniləcək.
© Fins.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























