2030-cu ilə qədər neft və qaza qlobal tələbat pik həddə çatacaq - IEA
Qlobal istiləşmə 1,5 dərəcə azaldılsa, qlobal neft və qaz sektoruna hər il qoyulan 800 milyard dollar sərmayə 2030-cu ilə kimi yarıya qədər azala bilər.
“Reuters” agentliyinə xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) yaydığı hesabata görə, bu məqsədə çatmaq üçün neft və qaz sektorunda yeni, uzunmüddətli layihələrə ehtiyac yaranmayacaq və bəzi cari layihələr birdəfəlik saxlanılmalı olacaq.
IEA hesabatına görə, istiləşməni 1,5C-yə qədər məhdudlaşdırmaq və iqlim məqsədlərinə uyğunlaşmaq üçün sənaye 2030-cu ilə qədər emissiyaları 60 faiz azaltmalıdır.
“Neft və qaz şirkətləri qlobal təmiz enerji sərmayəsinin yalnız 1 faizini təşkil edir və bunun 60 faizi yalnız dörd şirkətdən gəlir. Bununla belə, IEA sıfır emissiyaya keçid zamanı sənayenin yox olacağını gözləmir, çünki enerji təchizatının təhlükəsizliyini təmin etmək və emissiyaların azaldılması baxımından daha çətin olan sektorları yanacaqla təmin etmək üçün bəzi investisiyalara ehtiyac olacaq. 2030-cu ilə qədər neft və qaza qlobal tələbatın pik həddə çatacağı gözlənilir. Hökumətlər öz milli enerji və iqlim vədlərini yerinə yetirsələr, 2050-ci ilə qədər tələbatın bugünkü səviyyədən 45 faiz az olacağı gözlənilir”, - deyə IEA hesabatında bildirilir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























