Bu gün neft ilə bağlı mühüm qərar gözlənilir
Bu gün OPEC+ üzvü olan ölkələrin nazirləri alyansın gələcək neft hasilatı planını müəyyən etmək üçün videokonfrans vasitəsilə görüş keçirəcək.
Marja.az-ın məlumatına görə, əvvəlcə OPEC+ nümayəndələri nazirlərin monitorinq komitəsinin iclasına toplanacaq, daha sonra alyansın ümumi nazirlər iclası keçiriləcək.
Tədbirin əvvəlcə noyabrın 26-da keçirilməsi planlaşdırılırdı. Lakin sonra noyabrın 30-na təxirə salındı.
Görüşün təxirə salınmasının səbəbləri rəsmi olaraq açıqlanmayıb, lakin Bloomberg mənbələrə istinadən xəbər verib ki, buna Səudiyyə Ərəbistanı, Anqola və Nigeriya arasında gələn il üçün hasilat kvotası ilə bağlı fikir ayrılıqları səbəb olub. Daha sonra Anqolanın OPEC-dəki nümayəndəsi Esteban Pedro Reuters agentliyinə ölkənin neft hasilatını artırmaq üçün mübarizə apardığını təsdiqləyib. Səudiyyə Ərəbistanı qrupun digər ölkələrinin hasilatın azaldılması tədbirində qalmaları üçün çalışır.
“The Wall Street Journal” dünən OPEC+ nümayəndələrinə istinadən yazıb ki, alyans hasilatı gündəlik 1 milyon barel azaltmaq imkanını nəzərdən keçirir. Lakin bu ideya bəzi OPEC üzvlərinin ciddi müqaviməti ilə üzləşir. Qəzetin mənbələrindən birinin qeyd etdiyi kimi, ən çox ehtimal olunan ssenari OPEC+ sazişinin əvvəlki parametrlərinin saxlanılmasıdır, lakin danışıqlar davam edir.
OPEC-in iclası Bakı vaxtı ilə saat 13:00-a, OPEC+ nazirlərinin monitorinq komitəsinin iclası Bakı vaxtı ilə saat 16:00-a, OPEC+ nazirlərinin ümumi iclası isə Bakı vaxtı ilə saat 17:00-a planlaşdırılıb.
Brent nefti əvvəlki iki sessiyada təxminən 4 faiz bahalaşdıqdan sonra 83 dollar səviyyələrindədir. Hazırda Brent nefti 83,35 dollardan ticarət olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























