2024-cü ildə banklar üçün bədbin proqnoz
Beynəlxalq kredit reytinq agentliyi "Moody's" 2024-cü ildə qlobal bankların proqnozlarına mənfi təzyiqlərin artacağına diqqət çəkib."Qlobal iqtisadiyyatdakı zəiflik və borcluların kredit ödənişlərini həyata keçirə bilməmələrinin bankların gəlirliliyinə təzyiq göstərməsi gözlənilir ki, bu da bankların 2024-cü ildə "mənfi" (neqativ) proqnozla üzləşəcəyi deməkdir".
Marja.az xəbər verir ki, bu, beynəlxalq kredit reytinq agentliyi "Moody's" tərəfindən qlobal bank sektorunun proqnozu ilə bağlı dərc edilən hesabatda bildirilir.
Hesabatda qeyd olunub ki, mərkəzi banklar tərəfindən faizlərin artırılması və inkişaf etmiş iqtisadiyyatlarda işsizlik nisbətlərinin artması qlobal bankların aktiv keyfiyyətini zəiflədə bilər.
"Moody's" hesabatında, ABŞ və Avropada daşınmaz əmlak sektorundakı vəziyyətin qlobal bankların gələn il üçün proqnozları üçün artan risk yaratdığı vurğulanıb.
Hesabatda pul siyasətinin gələn il sərt şəkildə davam edəcəyinin gözlənildiyi və bunun, gələcəkdə mərkəzi bankların faiz dərəcələrini aşağı salacağı ilə bağlı hazırkı proqnozlara baxmayaraq, qlobal iqtisadiyyatda yavaşlamaya səbəb olacağı bildirilib.
Çinin iqtisadi artımında yavaşlama gözlənilir
İstehlakçıların və müəssisələrin xərclərinin durğunluğu, zəif ixrac və davam edən daşınmaz əmlak böhranı səbəbindən gələn il Çinin iqtisadi artımının yavaşlaması gözlənilir.
"Moody's"ın hesabatında proqnozlaşdırılır ki, gələn il qlobal bankların gəlirliliyi yüksək maliyyələşdirmə xərcləri, aşağı kredit portfeli artımı və bankların potensial defoltları ödəmək üçün ehtiyat yaratmaları səbəblərindən aşağı düşəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























