CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək
CityNet internet provayderi Azərbaycanda növbəti dəfə baş tutacaq kütləvi oyun festivalı olan GameSummit-in əsas tərəfdaşıdır.
Dekabrın 9-da “Flame Towers, Fairmont Baku Hotel”də keçiriləcək GameSummit bu dəfə də ölkənin bütün oyun həvəskarları, kospleyerləri eləcə də gik mədəniyyəti və komiks sevən insanlarını bir araya toplayacaq. GameSummit Baku Winter Edition adı altında keçiriləcək bu festival həm onlayn, həm də oflayn formatda ən müxtəlif əyləncələr vasitəsilə oyun həvəsindən zövq almaq üçün möhtəşəm bir platforma olacaq.
Festival zamanı maraqlı və fərqli simulyatorlar da daxil olmaqla, müxtəlif oyunlar üzrə turnirlər və çempionatlar keçiriləcək. Festival çərçivəsində CityNet adlı xüsusi arenada Azərbaycanın ən güclü kiberidman komandalarının iştirakı ilə keçiriləcək ‘Fortnite’, ‘Valorant’, ‘CS2’, ‘Dota2’, ‘League of Legends’ kimi oyunların çempionatlarının şou oyunları və final mərhələləri baş tutacaq. Həmçinin, keçmişin məşhur klassik hit oyunlarının atmosferini yenidən yaşadacaq retro və stolüstü oyun çempionatları da təşkil olunacaq. GameSummit festivalında ənənəvi olaraq bu dəfə də hər kəsin son virtual əyləncədən həzz ala biləcəyi, tamaşaçını ekran arxasındakı xəyali dünyaya aparan VR zonası ziyarətçilər üçün açıq olacaq.
CityNet-in əsas tərəfdaşlığı ilə ölkəmizdə artıq ikinci dəfədir ki, keçiriləcək bu kütləvi tədbir hər bir iştirakçının maraqlı oyun dünyasına düşə biləcəyi, emosiyalar və unudulmaz sərgüzəştlər yaşaya biləcəyi bir festivala çevrilməyi hədəfləyib. Qeyd edək ki, CityNet bundan öncə iyun ayında bu festivalı əsas tərəfdaş qismində dəstəkləmişdi.
CityNet yüksək sürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV (40 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Daha ətraflı məlumatı www.citynet.az rəsmi internet saytına keçid edərək və ya *1177 ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)




