Bosch 1500 nəfəri işdən çıxarmağa hazırlaşır
Avtomobil ehtiyat hissələri də istehsal edən Bosch, avtomobil sənayesində dəyişən tələblərə və texnologiyalara uyğunlaşmaq üçün 2025-ci ilin sonuna qədər Almaniyadakı iki müəssisəsində 1500 nəfəri işdən çıxarmağa hazırlaşır.Bosch Almaniyada 1500 nəfəri işdən çıxarmağa hazırlaşır
Marja.az-ın məlumatına görə, Bosch-ın açıqlamasında vurğulanıb ki, digər şirkətlər kimi Bosch da məşğulluq səviyyəsini sifariş vəziyyətinə, avtomobil sənayesindəki struktur dəyişikliklərinə və gələcək texnologiyaların bazara yayılmasına görə tənzimləməlidir.
Açıqlamada, "Baden-Württemberg əyalətindəki Stuttgart-Feuerbach və Schwieberdingen obyektlərindəki avtomobil bölməsində 2025-ci ilin sonuna qədər 1500 nəfəri ixtisar etmək ehtiyacını görürük",- bildirilir.
Şirkətin açıqlamasında, Bosch-un, işçilərin başqa departamentlərə köçürülməsi, erkən təqaüdə çıxma və ya könüllü ixtisar müqavilələri vasitəsilə ixtisar ediləcəyi bildirilib.
Almaniyanın aparıcı avtomobil jurnalı Automobilwoche, Bosch-da işçilərin ixtisarı üçün həmkarlar ilə danışıqların davam etdiyini yazıb.
Bosch-un fikrincə, avtomobil sənayesindəki transformasiya orta müddətli perspektivdə bütün sənayeyə böyük təsir göstərəcək. Elektrik mobilliyinə (Elektromobillik) keçid yüksək ilkin investisiyalar tələb etsə də, zəif qlobal iqtisadiyyat, enerji və xammal xərclərinin artması nəticəsində yaranan davamlı inflyasiya və əlverişsiz məzənnə effektləri sektorun gələcək perspektivlərini daha da pisləşdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























