Qlobal bazarların həyacanla gözlədiyi məlumatlar açıqlanıb
Noyabr ayında ABŞ-da aylıq inflyasiya 0,1 faiz təşkil edib, illik inflyasiya isə 3,1 faizə düşüb. Baza inflyasiya sürətlənib, bu da, FED-in yaxın müddətdə faiz dərəcələrini yüksək səviyyədə saxlayacağına dair gözləntiləri gücləndirib.ABŞ Əmək Naziriyi noyabr ayı üzrə inflyasiya məlumatlarını açıqlayıb.
Marja.az xəbər verir ki, ölkədə baza inflyasiya sürətləndiyinə görə, ABŞ Mərkəzi Bankının (FED) yaxın müddətdə faiz dərəcələrini yüksək səviyyələrdə sabit saxlayacağına dair gözləntiləri gücləndirib. Baza inflyasiya yavaşlasaydı, FED faizləri azaltmağa daha tez başlaya bilərdi.
İnflyasiya aylıq müqayisədə 0,1 faiz, illik müqayisədə isə 3,1 faiz təşkil edib. Oktyabrda illik inflyasiya 3,2 faiz təşkil etmişdi.
Bloomberg-in sorğusuna qatılan iqtisadçıların gözləntiləri inflyasiyanın aylıq müqayisədə dəyişməyəcəyi və illik 3,1 faiz olacağı idi.
Ərzaq və enerji qiymətlərini nəzərə almayan baza inflyasiya isə sürətlənib və aylıq 0,3 faiz artıb. Əvvəlki ayda 0,2 faiz artım olmuşdu. İllik baza inflyasiya isə 4 faiz səviyyəsində dəyişməz qalıb.
Noyabrda ABŞ-da ərzaq qiymətləri 0,2% artıb, enerji qiymətləri isə 5,8% ucuzlaşıb. İllik ifadədə ərzaq məhsullarının qiymətləri 2,9% artıb, enerji məhsullarının qiymətləri isə 9,8% ucuzlaşıb.
Qiymət təzyiqləri onilliklərin yüksək səviyyələrindən aşağı düşsə da, inflyasiya hədəfindən yüksək olaraq qalır. Güclü məşğulluq bazarı istehlak xərclərini və iqtisadi artımı dəstəkləyir.
FED-in sabahkı iclasında faiz dərəcələrində hər hansı dəyişiklik edəcəyi gözlənilmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























