Bu dövlət 50 faiz devalvasiyaya gedir
Argentina pesosu dollar qarşısında 50%dən çox devalvasiyaya uğrayacaqArgentinada hökumət maliyyə böhranı ilə mübarizə çərçivəsində Argentina pesosunu dollar qarşısında 50 faizdən çox devalvasiya edəcəyini və dövlət xərclərini azaldacağını açıqlayıb.
Marja.az xəbər verir ki, Argentina mətbuatında çıxan xəbərlərdə hökumətin pesonu dollar qarşısında 54 faiz dəyərdən salacağı, həmçinin enerji və nəqliyyatda subsidiyaları azaldacağı bildirilir.
Dünən təxminən 365,50 Argentina pesosu olaraq qeydə alınan dolların məzənnəsinin 800 pesonu keçəcəyi gözlənilir.
Argentinanın yeni prezidenti Xavier Mileinin İqtisadiyyat naziri Luis Kaputo sosial mətbuata verdiyi açıqlamada ciddi maliyyə böhranı ilə mübarizə apardıqlarını və bunun aradan qaldırılması üçün bəzi tədbirlər gördüklərini və görəcəklərini bildirib.
Kaputo enerji və nəqliyyat subsidiyalarının azaldılacağını vurğulayaraq, "Enerji və nəqliyyat üçün subsidiyaları azaldacağıq. Bu gün dövlət subsidiyalar vasitəsilə enerji və nəqliyyat qiymətlərini çox aşağı saxlayır" deyib.
Ölkəni "çətin günlər gözlədiyini" vurğulayan Kaputo, "Bir neçə ay xüsusilə inflyasiya baxımından daha da pis olacağıq. Belə davam etsək, hiperinflyasiyaya gedəcəyimizdən şübhəniz olmasın" deyib.
İqtisadiyyat naziri Kaputo ölkədə yoxsulluğun 40 faiz səviyyəsində olduğunu xatırladıb və hökumətin ən həssas sektorlar üçün yeni sosial yardım proqramları elan edəcəyini qeyd edib.
BVF-DƏN DƏSTƏK
Digər tərəfdən Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgieva, "X" sosial media hesabındakı paylaşımında, Argentinanın mühüm iqtisadi çətinliklərinə həll yolları tapmaq üçün Milei və iqtisadi komandasının açıqladığı qətiyyətli tədbirləri alqışladığını bildirib.
Georgieva bəyan edib ki, bu, sabitliyin bərpası və ölkənin iqtisadi potensialının yenidən qurulması istiqamətində mühüm addımdır.
İllik inflyasiyanın 140 faizə çatdığı ölkədə hökumətin büdcə kəsirini azaltmaq üçün nəqliyyat və enerji sahələrində subsidiyaları azaldacağı, dövlət işlərində ciddi ixtisarlar aparacağı bildirilib.
Noyabrın 19-da Argentinada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn Xavyer Miley dekabrın 10-da and içərək vəzifəsini əvvəlki prezident Alberto Fernandesdən alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























