Bloomberg: ABŞ şist neft hasilatını artırıb
Agentliyin məlumatına görə, bu, OPEC+ ölkələrinin hasilatın azalması fonunda baş verir.ABŞ ötənilki proqnozlarla müqayisədə şist neft hasilatını artırıb.
Marja.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, bu, OPEC+ ölkələrinin hasilatı azaltmaları fonunda baş verir.
Agentlik qeyd edib ki, analitiklər cari rübdə ABŞ-da hasilatın orta hesabla gündəlik 12,5 milyon barel təşkil etməli olduğunu proqnozlaşdırıblar, lakin bu, gündəlik 13,3 milyon barel təşkil edib.
Bloomberg hasilatın artımını "təəccüblü" adlandırır, çünki bu il qazma qurğularının sayı 20% azalıb. Agentlik istehsalın bu qədər artmasına səbəb kimi innovasiyaların tətbiqini göstərir.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) daha əvvəl bildirmişdi ki, OPEC-ə daxil olmayan ölkələrdə qlobal neft hasilatı 2023-cü ildə gündəlik 1,8 milyon barel arta bilər və bu prosesə ABŞ-ın da töhfəsi əhəmiyyətli olacaq.
OPEC-in hesablamalarına görə, 2023-cü ildə ABŞ-da maye karbohidrogen hasilatının artımı gündəlik 1,3 milyon barel təşkil edəcək. ABŞ-dan əlavə, 2023-cü ildə Braziliya, Qayana, Qazaxıstan, Çin, Norveç və Meksikada istehsalın artacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























