Fitch qlobal iqtisadi artımın yavaşlayacağını gözləyir
Beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings qlobal iqtisadi artımın yavaşlayacağını gözləyir.
Marja.az xəbər verir ki, agentliyin açıqlamasıda, ABŞ-da sərt monetar siyasətin real iqtisadiyyata daha çox təsir edəcəyi, Çindəki daşınmaz əmlak böhranının istehlak və investisiyaya təzyiq göstərəcəyi və 2024-cü ildə qlobal iqtisadi artımın yavaşlayacağı vurğulanıb. Avropada iqtisadi artım yalnız cüzi dərəcədə yaxşılaşacaq.
Qeyd edilib ki, yüksək faiz dərəcələri ilə qlobal kreditlər üçün çətin mühit davam edəcək.
Fitch 2024-cü ilin ikinci rübündə ABŞ və Avro Bölgəsində pul siyasətinin dəyişəcəyini gözləyir.
Fitch açıqlamasında ABŞ, Avro Bölgəsi və Böyük Britaniyada faizlərin 2023-cü ilin 3-cü rübündən etibarən sabit saxlanıldığını və sərt pul siyasəti dövrünün yəqin ki, başa çatmaqda olduğu bildirilib.
Açıqlamada, ABŞ Federal Ehtiyat Sistemi (FED), Avropa Mərkəzi Bankı (ECB) və İngiltərə Bankının (BoE) növbəti addımlarının faiz endirimləri olacağı gözlənilsə də, faiz endirimlərinin daha yavaş olacağı bildirilib.
Kredit reytinqi agentliyinin açıqlamasına görə, 2024-cü ilin sonuna kimi siyasət faizlərinin hər üç iqtisadiyyatda 0,75 faizbəndi azalacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





























