GoldenPay/Hesab.az və ASAN Könüllüləri birgə 86 uşağa təbəssüm bəxş etdi
Sevinc dolu əməkdaşlıq Astaranın Sım kəndində.(®) Azərbaycanın ən böyük onlayn ödəmələr şirkəti olan GoldenPay/Hesab.az, "ASAN Könüllüləri" Təşkilatı ilə birgə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə sosial məsuliyyət sahəsində əməkdaşlıq edib.
Bu əməkdaşlıq çərçivəsində Astaranın Sım kəndindəki 86 uşağa təbəssüm bəxş edilib.
www.asanmektub.az saytına daxil olan 86 məktub, GoldenPay/Hesab.az tərəfindən öhdəliyə götürülərək hər bir uşaq üçün hədiyyələr təqdim edilib. Bu tədbir, GoldenPay/Hesab.az və ASAN könüllülərinin birgə fəaliyyəti ilə kəndin balaca sakinlərinin sevinc dolu bir bayram keçirməsinə səbəb olub.
Hədiyyələrinə qovuşan uşaqların sevinci, onların gözlərindəki parlaqlıq və ürəklərindəki şükran hissləri ilə ifadə olunub. Bu təşkilatlar arasındakı əməkdaşlıq, sosial proqramların tətbiqinə daha da güclü bir təkan verir və cəmiyyətimizdə məsuliyyət sahəsində daha böyük nailiyyətlər əldə edilməsinə töhfə verir.
Ölkənin ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
Fəaliyyətə başladığı ilk gündən şirkətin başlıca məqsədi insanların ödəmə vərdişlərini dəyişdirərək vaxta qənaət etmələrinə kömək etməkdir. Bu səbəbdən də 2011-ci ilin aprel ayında şirkət Hesab.az onlayn ödəmə portalını yaratdı. Platforma vasitəsilə kommunal, stasionar və mobil rabitə, internet, bank və mağaza kreditləri, parkinq ödənişləri etmək, onlayn sığorta alışı, kinoteatr biletləri və s. əldə etmək mümkündür.
GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın Facebook, İnstagram səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
23 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 26 d. əvvəl
-
35 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
38 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir




















.jpg)



