ABŞ Rusiyanın 300 milyard dollarlıq aktivlərinin müsadirəsinə icazə verdi
Bloomberg-in məlumatına görə, ABŞ prezidenti Konqresdə Ukraynaya yeni yardım paketinin bloklanmasından sonra belə bir təşəbbüsü dəstəkləyib.ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiyanın Qərbdə dondurulmuş təxminən 300 milyard dollarlıq aktivlərinin müsadirəsinə icazə verən qanunu dəstəkləyir.
Marja.az xəbər verir ki, bun barədə Bloomberg Milli Təhlükəsizlik Şurasının sənədinə istinadən xəbər verir.
Vəsaitlərin Ukraynanın bərpasına yönəldilməsi planlaşdırılır.
ABŞ Milli Təhlükəsizlik Şurasının Senatın Xarici Əlaqələr Komitəsinə göndərdiyi sənəddə deyilir ki, administrasiya “prinsipcə” Rusiya vəsaitlərinin müsadirəsinə icazə verən qanunvericiliyi alqışlayır.
"Qanun layihəsi ABŞ-ın icra hakimiyyətinə Rusiyanın suveren aktivlərini Ukraynanın xeyrinə müsadirə etmək üçün lazım olan səlahiyyətləri verəcək", - agentlik sənəddən bir hissəyə istinad edir.
Bloomberg-in qeyd edib ki, Bayden, Konqresdəki Respublikaçıların Kiyev üçün yeni yardım paketinin qarşısını aldıqdan sonra belə bir addımı dəstəkləmək qərarına gəlib.
Bundan əvvəl "Washington Post"un köşə yazarı Coş Roqin qeyd etmişdi ki, administrasiya Avropa ölkələrinin razılığı olmadan Rusiya Federasiyasının dondurulmuş aktivlərinin müsadirə edilməsi və Kiyevin maraqları naminə istifadə edilməsi planını həyata keçirə bilməyəcək. Çünki onların bəziləri indi belə bir addımın məqsədəuyğunluğuna şübhə ilə yanaşırlar.
Roqinin qiymətləndirməsinə görə, əgər Vaşinqton Kiyevin maraqları naminə dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsinə razılıq versə, Konqresdəki respublikaçılar Ukraynaya kömək üçün əlavə vəsaitin ayrılmasını dəstəkləməyə daha çox meylli olacaqlar.
2023-cü il mayın 12-də Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, mülkiyyət hüquqlarına - özəl, dövlət və ya korporativ - qəsd edilməsi qətiyyən yolverilməzdir. Bununla bağlı o, Rusiyanın öz maraqlarını mümkün qədər qoruyacağını bəyan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















.jpg)


