Azərbaycanın çay istehsalçısı barama da istehsal edəcək
Lənkəranda fəaliyyət göstərən “Yaşıl çay” FT MMC yeni tut bağları salmağı və barama istehsal etməyi nəzərdə tutur.
"Marja"nın məlumatına görə, MMC-nin direktoru Araz Yağubov bildirib ki, ötən il ölkəyə gətirilən 1,5 milyon ədəd tut tingindən 10 min 150 ədədi rəhbəri olduğum “Yaşıl çay “ fermer təsərrüfatında əkilib:
“Çünki 1,2 hektarda salınan tut bağı yüksək aqrotexniki qulluq sayəsində sürətlə inkişaf edir. Bu müddətdə tut bağında 5 dəfə becərmə, 7 dəfə suvarma, 2 dəfə gübrələmə tədbirləri aparılıb. Və tut tingləri sağlam inkişaf edir. Gələcəkdə ölkəyə yeni tut tingləri gətiriləcəyi halda, daha 40 min ədəd tut tingi əkməyi nəzərdə tutmuşuq. Bu olmasa, becərdiyimiz çin sortu olan tut ağaclarından tut tinglərini calaq vasitəsilə artırıb yeni bağlar salmağı düşünürük”.
YAŞ BARAMA SEXİNİ İSTİFADƏYƏ VERƏCƏK
İş adamı bildirib ki, dövlətin qayğısı onları çayçılıq kimi baramaçılığı da inkişaf etdirməyə həvəsləndirir:
“Çalışacağıq ki, çay emalı sexi kimi, yaş barama emal edən seximizi də tikib istifadəyə verək. Bu, daha çox gəlir gətirməklə yanaşı, kənd yerində yeni iş yerləri, ölkənin isə daha çox valyuta qazanmasına bizim töhfəmiz olacaqdır".
Qeyd edək ki, gələn il ölkəmizdə 500 ton barama tədarükü gözlənilir. 2025-ci ilə qədər bu həcmin 6 min tona çatdırılması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)













.jpg)



