Dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi üçün təkliflər hazırlanır
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi üçün təkliflər hazırlayır.
Bunu jurnalistlərə açıqlamasında qurumun rəisi Mətin Eynullayev bildirib.
"Prezident İlham Əliyevin ötən il avqustun 31-də imzaladığı sərəncam dövlət müəssiələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirləri əhatə edir. Həmin sərəncamla 8 dövlət müəssisənin siyahısı təsdiq edilib. Onların arasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) üç iri müəssisəsi var. Bunlar “Azərkimya” İstehsalat Birliyinin Etilen-polietilen Zavodu, Karbamid Zavodu və Metanol Zavodudur. Həmçinin siyahıda "Azərbaycan Beynəlxalq Bankı" ASC, “AzerGold” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Rəqəmsal İnkişaf Nazirliyinə məxsus "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC-lər də yer alıb.
Burada klassik mənada özəlləşmədən deyil, özəl investisiyaların cəlb edilməsi yolu ilə dövlət payının azaldılmasından söhbət gedir, aktivlərin özəlləşdirilməsi ilə yanaşı əlavə səhm emissiyası da nəzərdə tutulur. Belə olan halda dövlət öz əmlakını satmır, sadəcə investisiya yolu ilə müəssisələrin nizamnanə kapitalını artırır və bu yolla onları özəl sektora açıq edir. Nəticədə həm yerli, həm də xarici investorlar həmin dövlət şirkətlərinin paylarını əldə edəcəklər və həmin müəssisələrdə özəl investorların payı daha da artacaq. Artıq bu istiqamətdə işlər aparılır. Həmin müəssisələrin restrukturizasiyası, özıl sektora açılan fəaliyyətləri ilə bağlı təhlillər aparılır. Ümid edirəm k, fərmanda müəyyən edilən 9 aylıq müddət çərçicəsində bununla bağlı təklfilər hazırlanıb Prezident Administrasiyasına təqdim ediləcək”, - deyə o qeyd edib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 d. əvvəl
- 8 d. əvvəl
- 10 d. əvvəl
- 11 d. əvvəl
- 14 d. əvvəl
- 15 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu







.jpg)




.jpg)






