“Global Finance” Kapital Bank-ı mükafatlandırdı
(®) Dünyanın nüfuzlu “Global Finance” jurnalı “Fevral 2024-Ticarət Maliyyəçisi Xüsusi Buraxılışı”nda dərc olunacaq eksklüziv sorğuya əsasən 11 qlobal, 8 regional kateqoriyada, 100-dən çox ölkə və ABŞ-ın 8 regionu üzrə “Ən Yaxşı Ticarət Maliyyəsi Təminatçısı” (“Best Trade Finance Providers”) mükafatının qaliblərini təyin edib.
Mükafatçıların sırasında ölkənin birinci bankı Kapital Bank da yer alıb. Qaliblər BAFT Assosiasiyası tərəfindən Frankfurt şəhərində keçirilən tədbirdə elan edilib.
Jurnalın redaktorlar şurası ilin qaliblərini banklar və digər provayderlərin təqdimatlarına, eləcə də sənaye analitikləri və texnologiya ekspertlərinin rəylərinə əsasən seçib. Qaliblərin qiymətləndirilməsi əməliyyatların həcmi, qlobal əhatə dairəsi, müştəri xidməti, rəqabət qabiliyyəti və innovativ texnologiyaların tətbiqi kimi meyarlara əsasən həyata keçirilib.
Qeyd edək ki, “Global Finance” jurnalı 2018-ci ildə Kapital Bank-ı Azərbaycanda “Ən Güvənli Bank” (“Safest Bank”) adına layiq görüb. 2019-cu ildə də bank “Ən Yaxşı Ticarət Maliyyəsi Təminatçısı” (“Best Trade Finance Providers”) mükafatını alıb.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 49 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk , Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc .
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 18 saat sonra
-
5 d. əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
Ən çox oxunanlar
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb





.jpg)










.jpg)





