Gəncə İcra Hakimiyyətindən müavinlərin saxlanılması məlumatı ilə bağlı AÇIQLAMA
Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı məlumat yayılıb. Gəncə Şəhər İcra Hakimiyyəti bildirir ki, məlumatlar həqiqəti əks etdirmir.Gəncə Şəhər İcra Hakimiyyəti birinci müavin və digər müavinlərin, eləcə də baş memarın saxlanılması ilə bağlı mediada yayılan məlumata aydınlıq gətirib.
Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib.
"Bu gün Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Elxan Məmmədovun saxlanılması ilə bağlı müxtəlif xəbər saytlarında dərc olunan məlumat həqiqəti əks etdirmir", - məlumatda deyilir.
Səməd Tomuyev İcra Hakimiyyətində əməliyyat keçirilməsi xəbərini təkzib edib: “Mən işimin başındayam. Təəssüf ki, bəzi informasiya saytlarında həqiqəti əks etdirməyən məlumatlar yer alıb. Bu məlumatlar yalandır”.
XXX
Gəncə Şəhər İcra Hakimiyyəti ilə bağlı yayılan xəbərlərə Baş Prokurorluqdan açıqlama
Bəzi media nümayəndələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirinin keçirilməsi barədə məlumat yayılıb.
“Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-ci maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir.
Odur ki, media subyektlərindən qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumlarla dəqiqləşdirilmiş məlumatların ictimailəşdirilməsini xahiş edirik.
Bununla bağlı tərəfimizdən əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)





