Əmanətlərin Sığortalanması Fondu zərərdən mənfəətə keçib
Əmanətlərin Sığortalanması Fondu 2021-ci və 2022-ci illər üzrə maliyyə hesabatlarını açıqlayıb.
Marja.az xəbər verir ki, Fond 2022-ci ili 107 milyon 140 min manat mənfəət ilə başa vurub. Bu, 2021-ci illə müqayisədə 2 milyon 660 min manat və ya 2,5% çoxdur. Əmanətlərin Sığortalanması Fondu 2021-ci ili 104 milyon 479 min manat mənfəət ilə bağlamışdı.
Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fondu 2020-ci ili 602 milyon 81 min manat zərər ilə bağlamışdı.
Əmanətlərin Sığortalanması Fondunun sığorta premiyaları üzrə gəlirləri 2021-ci ildə 49 milyon 754 min manat ikən, 2022-ci ildə 64 milyon 289 min manata yüksəlib.
2022-ci ildə Əmanətlərin Sığortalanması Fondunun cəmi gəlirləri 116 milyon 282 min manat, cəmi xərcləri 9 milyon 112 min manat təşkil edib. 2021-ci ildə Fondun cəmi gəlirləri 112 milyon 486 min manat, cəmi xərcləri isə 8 milyon 7 min manat təşkil etmişdi.
31 dekabr 2022-ci il tarixində Əmanətlərin Sığortalanması Fondu 566 milyon 500 min manat cəmi aktivlərə malik olub. Fond 2021-ci ilin sonunda 496 milyon 827 min manat cəmi aktivlərə malik idi. Aktivlərin 455 milyon 840 min manatını dövlət vekselləri təşkil edib.
Əmanətlərin Sığortalanması Fondu 2007-ci ilin 12 avqust tarixindən isə fəaliyyətə başlamışdır. Fondun yaradılmasında məqsəd banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)











.jpg)



