Bolqarıstan 2025-ci ildə avroya keçməyə hazırlaşır
Bolqarıstan 2025-ci ildə avro valyutasına keçmək üçün hazırlıqlarını davam etdirərkən, Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva bu tarixi “real” hesab etdiyini bildirib.
Marja.az xəbər verir ki, Bolqarıstan mətbuatına açıqlama verən Kristalina Georgieva, "Tarixlə bağlı dəqiq bir şey deyə bilmərəm, düşünürəm ki, önəmli olan Bolqarıstanın 2025-ci ildə Avrozonada olmasıdır və bu, real hədəfdir" deyib.
Avroya keçidin ölkə üçün “vacib və strateji prioritet” olduğunu qeyd edən Georgieva, “Bu yolla Bolqarıstan iqtisadiyyatının rəqabət qabiliyyətini artıra, ticarət və maliyyə sahəsində əməliyyat xərclərini azalda bilərik. Həmçinin Bolqarıstan iqtisadiyyatına investisiya cəlb edə bilər", - deyib.
Bolqarıstanın Avro Bölgəsinə keçmək üçün əlindən gələni etdiyinə diqqət çəkən Georgieva, "İlin sonuna qədər ölkənin tələbləri yerinə yetirməsi üçün yaxşı şərait olduğunu düşünürəm. Bu o deməkdir ki, növbəti il Avro Bölgəsində ola bilər".
BVF sədri Georgiyeva Bolqarıstanda bu il iqtisadi artımın 2,7 faiz civarında olacağını və ilin sonuna qədər inflyasiyanın 4 faizdən aşağı düşəcəyini gözlədiyini bildirib.
Bolqarıstan Milli Statistika İnstitutunun məlumatına görə, 2023-cü ildə ölkədə illik inflyasiya 9,5 faiz, 2024-cü ilin yanvarında isə inflyasiya 3,8 faiz təşkil edib.
Fevral ayında qəbul edilən Mərkəzi Bank haqqında Qanununda Bolqarıstan Parlamenti milli pul vahidi levadan avroya keçid prosesində görüləcək işləri müəyyən edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)




