“OBA” müştəri şikayəti ilə bağlı məlumata aydınlıq gətirdi
Ehtimal olunur ki, etiket məlumatlarına əsasən məhsulun tərkibində cüzi miqdarda çərəz olduğuna görə, istehsal zamanı kənarlaşmaya zəmin yaranıb. Müştəri bu barədə məlumatlandırıb, aldığı məhsul geri götürülüb və ödədiyi məbləğ geri qaytarılıb.“OBA” market kənarlaşma qeydə alınmış məhsulla bağlı müştəri şikayətinə dair açıqlama yayıb.
Şirkətdən bildirilib ki, 08.03.2024 tarixində “OBA” marketdən alınan “Lois” əmtəə nişanlı nuqa-biskvit məhsulunda kənarlaşma ilə bağlı şikayət daxil olan andan etibarən bütün filiallarda məhsula keyfiyyət nəzarəti əməkdaşları tərəfindən birbaşa baxış keçirilib, hər bir partiyadan ekspertiza üçün nümunələr götürülüb. Müştərinin yanında aldığı məhsullar açılaraq baxış keçirilib və hər hansı bir kənarlaşma müşahidə edilməyib.
Açıqlamada bildirilir ki, qeyd olunan məhsul Rusiyanın “Nevski konditer Belinskiy” fabrikində beynəlxalq qida standartlarına uyğun olaraq istehsal edilir. Məhsulun idxalı zamanı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxal sağlamlıq aktı alınıb. İstehsal tarixi 16.01.2024 olan adı çəkilən məhsulun son istifadə tarixi 16.01.2025-dir.
Ehtimal olunur ki, etiket məlumatlarına əsasən məhsulun tərkibində cüzi miqdarda çərəz olduğuna görə, istehsal zamanı kənarlaşmaya zəmin yaranıb.
Müştəri bu barədə məlumatlandırıb, aldığı məhsul geri götürülüb və ödədiyi məbləğ geri qaytarılıb.
Qeyd edilib ki, “OBA” marketlər şəbəkəsi yerli və beynəlxalq brendlərin keyfiyyətli gündəlik tələbat məhsulların uyğun qiymətə alıcılarına təqdim edilir.
Əlavə edək ki, müştərinin “OBA” marketlər şəbəkəsindən aldığı biskvit qurdlu çıxmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)
