FED faiz qərarını açıqladı
Mart ayı toplantısında FED uçot dərəcəsini dəyişməyərək 5,25-5,50 faiz səviyyəsində saxlayıb. FED 2024-cü ildə 0,75 bənd faiz endirimi gözləyir.ABŞ Mərkəzi Bankı (Federal Ehtiyat Sistemi, FED) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, gözlənildiyi kimi FED faizlərini 5.25%-5.50% aralığında sabit saxladı.
Bazarlarda da FED-in faiz dərəcələrini dəyişməz saxlayacağı gözlənilirdi. FED ötən ilin iyul ayından bəri faiz dərəcələrini dəyişməyib.
Saat 22:30-da FED sədri Jerome Powellin mətbuat konfransında faiz endiriminin vaxtı ilə bağlı mesajları izləniləcək.
FED 2024-cü ildə 0,75 faiz bəndi faiz endirimi proqnozunu saxlayıb. Bu nisbətdə endirimin 3 iclasda, hər brində 0,25 faiz bəndi olmaqla həyata keçiriləcəyi nəzərdə tutulur.
ABŞ Mərkəzi Bankı inflyasiyanın davamlı olaraq 2% hədəfinə yaxınlaşdığına daha çox inam yaranana qədər faiz dərəcələri diapazonunun azaldılmasını məqsədəuyğun hesab edib.
FED, 2024-cü ildə ABŞ-ın iqtisadi artımı üzrə proqnozu 1,4 faizdən 2,1 faizə yüksəldib. 2025-ci il üçün proqnoz isə 1,8 faizdən 2 faizə qaldırılıb. FED 2024-cü il üçün ABŞ-da inflyasiya gözləntisini 2,4 faiz səviyyəsində saxlayıb. 2025-ci il üçün isə onu 0,1 faiz bəndi artıraraq 2,2%-ə çatdırıb. Baza inflyasiya proqnozu 2024-cü il üçün 2,4 faizdən 2,6 faizə yüksəldilib. 2024-cü il üçün işsizlik nisbəti proqnozu 4,1 faizdən 4 faizə endirilib.
Bazarlar FED-in bu qərarına kəskin rekasiya verməyib. Qızıl və Avro bahalaşamaqda, neft ucuzlaşmaqdadır.
FED faizləri azaltmağa başladıqda qızılın daha da bahalaşacağı, dolların dünya valyutaları qarşısında ucuzlaşacağı gözlənilir.
FED 2022-ci ilin mart ayından ötən ilin iyul ayınadək faiz dərəcələrini 11 dəfədə cəmi 5,25 faiz bəndi artırıb.
Pauell-dən açıqlamalar
FED sədri Jerome Powell mətbuat konfransında inflyasiyanın əhəmiyyətli dərəcədə azaldığını, lakin hələ də yüksək olduğunu bildirib. Pauell bildirib ki, bu il hansısa nöqtədə faizləri azaltmağa başlamaq məqsədəuyğun ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qubada Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti keçiriləcək - TARİX
-
3 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
3 saat əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
4 saat əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Ən çox oxunanlar
Bakıda 2-ci “Popeyes” restoranı açılır
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb





















