Mərkəzi Bank Orta Asiya ölkələrinin mərkəzi bank nümayəndələrini regional görüş ətrafında toplayıb
Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü ilə 13-14 iyun tarixlərində Bakı şəhərində Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan mərkəzi banklarının nümayəndələrinin iştirakı ilə regional tədbir təşkil olunub.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki. bu tədbir çərçivəsində mərkəzi bankların ödəniş sahəsi üzrə ekspertləri arasında təcrübə mübadiləsi baş tutub və qlobal ödəniş trendlərinə dair müzakirələr aparılıb.
Tədbir çərçivəsində Azərbaycanın ödəniş sektorunda baş verən yeniliklər, qanunvericilik bazasının təkmilləşdirilməsi, nağdsız ödənişlərdən istifadə trendləri, tətbiq olunan innovativ ödəniş həlləri, fintexlərin ödəniş bazarına cəlb edilməsi, eləcə də Milli Ödəniş Sisteminin əhatəliliyinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlar diqqətə çatdırılıb.
Həmçinin rəqəmsal valyutaların tətbiqi imkanları, ani ödəniş sistemlərindən istifadənin artırılması, açıq bankçılıq modelinin fintexlərin inkişafında rolu, maliyyə sektorunda müasir tənzimləmə texnologiyalarının tətbiqi, mərkəzi banklar arasında kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsinin genişləndirilməsi kimi mühüm məsələlərə dair müzakirələr də yer alıb. Görüşlərdə Azərbaycan və Orta Asiya mərkəzi bankları arasında gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib və ölkələrin ödəniş infrastrukturunun inteqrasiya imkanları da müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
15 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 36 d. əvvəl
-
40 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
54 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı





















