Texnologiya həvəskarlarına şad xəbər: festival keçiriləcək
Kapital Bank-ın dəstəyi ilə “iFest-İnnovasiya və Texnologiya” festivalı keçiriləcək(®) Texnologiya həvəskarları və startap ideası olan hər kəsin nəzərinə, Kapital Bank-ın dəstəyi, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə Bakı şəhərində "iFest-İnnovasiya və Texnologiya" Festivalı baş tutacaq.
Layihənin əsas məqsədi texnologiya şirkətləri ilə gənclər arasında yeni əlaqələrin qurulması, startapların inkişafına dəstək olmaq, onların maliyyə imkanlarına çıxışını təmin etmək və ideaların nümayişini həyata keçirməkdir. Ölkəmizin noyabr ayında COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq, builki festival COP29-a həsr olunacaq və “Yaşıl texnologiya – yaşıl dünya naminə” şüarı altında keçiriləcək.
Festivalda texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər və minimal mümkün məhsul (MVP) mərhələsinə çatan startaplar öz stendləri ilə iştirak edəcəklər. Həmçinin, yerli və xarici vençur fondları və mələk investorları da festivalda təmsil olunacaqlar. Festival 23 iyul 2024-cü il tarixində keçiriləcək.
Tədbir çərçivəsində müxtəlif maraqlı fəaliyyətlərin keçirilməsi planlaşdırılır ki, bunlara startapların təqdimatı, investor görüşləri, startap forumu, texnologiya şirkətlərinin və startapların sərgisi, eləcə də əyləncəli şou proqramlar daxildir.
Qeyd edək ki, “iFest-İnnovasiya və Texnologiya” festivalı silsilə xarakter daşıyır və növbəti illərdə də keçirilməsi planlaşdırılır. Festivalda gənclər, texnologiya həvəskarları və startapla maraqlanan hər kəs iştirak edə bilər.
Qeydiyyat üçün: https://ifest.az/qeydiyyat
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
14 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 24 d. əvvəl
- 27 d. əvvəl
- 35 d. əvvəl
-
39 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
53 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı




















