Niderlandlı mütəxəssislər müasir istixanaların qurulmasında Azərbaycana kömək etməyə hazırdır
Azərbaycan nümayəndə heyəti Niderlandın aqrar təhsil müəssisələrinin, kənd təsərrüfatı şirkətlərinin və aparıcı təsərrüfatların fəaliyyəti ilə tanış olub
Niderland Krallığında səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin aqrar təhsil müəssisələrinin, kənd təsərrüfatı şirkətlərinin və aparıcı təsərrüfatlarının fəaliyyəti ilə tanış olub.
Azərbaycan nümayəndə heyəti əvvəlcə Niderlandın kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış peşə-ixtisas təhsili müəssisəsi olan AERES kənd təsərrüfatı məktəbinin maddi-texniki bazası ilə tanış olublar. Məktəbdə bakalavr və magistratura, peşə təhsili üzrə 100-ə yaxın kurs və təlim proqramı mövcuddur. Bu təhsil müəssisəsində ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilmiş aqrar sahə üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Kurs və təlim proqramının iştirakçıları burada bitkiçilik, meyvəçilik və heyvandarlıq sahəsində zəruri peşə vərdişlərinə, bilik və bacarıqlara yiyələnirlər. Görüşdə aqrar təhsilin təşkili, AERES ilə Azərbaycanın təhsil müassisələri arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Daha sonra Azərbaycan nümayəndə heyəti Niderland Quşçuluq Mərkəzinə baş çəkib, quş əti və yumurtaların çeşidlənməsi prosesini izləyib, ölkədə quşçuluğun inkişafı istiqamətləri, bu sahədə əməkdaşlıq imkanlarını yerli mütəxəssislərlə müzakirə ediblər.
Nümayəndə heyəti yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan, dünyada kənd təsərrüfatı sahəsində kadr hazırlığına görə xüsusi reytinqə sahib Wageningen Universitetinə də baş çəkib, ali təhsil müəssisəsində tədrisin təşkili prosesi ilə maraqlanıblar. Sağlam qida və ətraf mühit prinsiplərinə xüsusi diqqət yetirildiyini deyən universitet rəhbərliyi tədris metodikası, elmi tədqiqat işləri barədə qonaqlara ətraflı məlumat verib, ali təhsil müəssisəsində səfər iştirakçıları üçün istixana bağçılığı, bitkiçilik və toxum yetişdirmə texnologiyaları ilə bağlı təqdimatlar keçiriblər. Görüş zamanı Wageningen Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayının artırılması, tələbə-müəllim mübadiləsi barədə müzakirələr aparılıb, bu sahədə birgə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlinib.
Müasir istixana bağçılığı üzrə ixtisaslaşan Dünya Bağçılıq Mərkəzinə (World Horti Center) baş çəkən səfər iştirakçıları bu sahədə tətbiq olunan innovasiyalar, istixana sistemində tətbiq olunan innovativ işıqlandırma texnologiyası ilə tanış olublar. Azərbaycan nümayəndə heyəti üçün “Signify” şirkəti tərəfindən istixanaların elektrik enerjisi ilə təmin edilməsi ilə bağlı təqdimat keçirilib. Azərbaycan nümayəndə heyəti bağçılıq sahəsi üzrə ixtisaslaşmış məsləhət bürosunu da (Looije Agro Technics) ziyarət edib, Azərbaycanda mövcud olan istixana komplekslərinin müasirləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Niderlandlı mütəxəssislər müasir istixanaların qurulması və idarə olunması ilə bağlı Azərbaycandakı tərəfdaşlarına kömək etməyə hazır olduqlarını bəyan ediblər.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində gülçülük və toxumçuluq təsərrüfatlarına da baş çəkib, burada tətbiq edilən müasir becərmə texnologiyaları ilə tanış olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
7 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)







.jpg)









