"Sumqayıt Kimya Sənaye Parkına 5,5 milyard manatdan çox sərmayə yatırılıb"
Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 6,2 milyard manat olan 40 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
Bunu İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) şöbə müdiri Kamran Rəhimli sənaye parkına təşkil olunmuş mediatur çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, indiyədək Sənaye Parkına 5,5 milyard manatdan çox sərmayə yatırılıb, 6 800-dək daimi iş yeri yaradılıb: "Yeni fəaliyyətə başlayacaq iki müəssisədə ümumilikdə 40 milyon manata yaxın investisiya qoyulmaqla 300-dən artıq əlavə iş yeri yaradılacaq".
Şöbə müdiri əlavə edib ki, mövcud layihələr üzrə sənaye parkına əlavə olaraq 554 milyon manat investisiyanın yatırılması, 2 200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur: "Bu günədək parkın rezidentləri tərəfindən ümumilikdə 11,6 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 4,1 milyard manatdan çox hissəsi (təxminən 35,3 %-i) ixracın payına düşür".
K.Rəhimli vurğulayıb ki, bu ilin birinci yarısında Sumqayıt Kimya Sənaye Parkında 1,3 milyard manatlıq məhsul istehsal edilib və bunun da 455 milyon manatlıq hissəsi ixrac olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)


.jpg)



