“AS Group Investment” jurnalistlər üçün tədbir keçirib, xatirə medalları təqdim edilib - FOTOLAR
“AS Group Investment” 22 iyul Milli Mətbuat Günü münasibətilə mətbuat tariximizin başlanğıcı sayılan “Əkinçi” qəzetinin xalqı bütün sahələr üzrə maarifləndirmək ideyasından çıxış edərək özünün baş ofisində jurnalistlər üçün “Yaşıl gələcək konsepsiyaları və texnologiyaları” mövzusunda bilgiləndirici tədbir keçirib.
Tədbirdə trend.az, qafqazinfo.az, marja.az, haqqın.az, banco.az, İTV, Real TV, ASAN Radio, ARB24 və digər media orqanlarının nümayəndələri iştirak ediblər.
Görüşün başlıca məqsədi iqlim dəyişikliyinə qarşı qlobal mübarizəyə qoşularaq 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edən, həmçinin bərpa olunan enerjinin əldə edilməsi və daha da yüksəldilməsini planlaşdıran ölkəmiz üçün aktual sayılan yaşıl gələcək istiqamətində görülən işlər, tətbiq edilən texnologiyalar haqqında biliklərin jurnalistlərlə paylaşılması olub.
“AS Group Investment”-in “Layihələrin inkişafı və koordinasiyası” departamentinin rəhbəri Mirzə Abdullayev və energetika məsələləri üzrə ekspert məsləhətçisi Cəmil Məlikov şirkətin Zəngilan rayonu Ağalı kəndində inşa etdiyi “Ağıllı kənd” nümunəsi əsasında layihədə tətbiq edilən ağıllı həllər, innovasiyalar və enerji həlləri haqqında məlumat verərək, qeyd edilən həllərin ətraf mühitə və əhalinin sosial-iqtisadi rifahına müsbət təsirləri haqqında özlərinin nəzəri və təcrübi biliklərini jurnalistlərlə bölüşüblər.
Çıxışçılar media nümayəndələrinin mövzu ilə bağlı suallarını cavablandırdıqdan sonra jurnalistlərə “AS Group Investment” şirkətinin xüsusi sifarişi ilə hazırlanan, Milli Mətbuat Gününə həsr olunan xatirə medalları təqdim edilib. Tədbir “Etçi Umut” restoranında jurnalistlər üçün hazırlanan xüsusi nahar fasiləsilə tamamlanıb.
2003-cü ildə əsası qoyulan, istər dövlət, istərsə də özəl sektorda kompleks layihələr həyata keçirən “AS Group Investment” şirkəti fəaliyyət göstərdiyi illər ərzində ölkəmiz, cəmiyyətimiz, vətəndaşlarımız qarşısında özünün korporativ sosial məsuliyyətini anlayaraq daim müxtəlif sosial layihələrə dəstək olub.
“AS Group Investment” və onun layihələri haqqında daha ətraflı məlumatı www.asgroup.az saytına daxil olaraq əldə edə bilərsiz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
16 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 26 d. əvvəl
- 29 d. əvvəl
- 37 d. əvvəl
-
41 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
55 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı



















