İsveçrə lüks saatlarında "ikinci əl" böhranı
İsveçrənin lüks saat şirkətləri "ikinci əl böhranı"nda mənfi təsir görürlər. Bu böhrana görə "WatchCharts General Market Index" illik 9,4 faiz, dünyanın ən məşhur saat şirkətləri arasında yer alan Rolex, Patek Phippe və Audemars Piguet kimi markalar isə 12,4% dəyər itirib.Amerikanın dünyada məşhur iş jurnalı Forbes-in məlumatına görə, 2024-cü ilin ikinci rübündə İsveçrənin ikinci əl lüks saat bazarında rüblük 2,1 faiz azalma olub.
Marja.az xəbər verir ki, 2022-ci ilin ikinci rübündən bəri ardıcıl doqquzuncu rübdür qiymətlərdə eniş yaşayan bazarda "WatchCharts General Market Index"in illik performansı 9,4% azalıb, ən çox tanınan üç marka dəyər itirib. Müvafiq olaraq, Rolex 7,1 faiz, Patek Philippe 10,6 faiz və Audemars Piguet 12,4 faiz ucuzlaşıb.
İkinci əl bazarındakı ucuzlaşma demək olar ki, bütün markalara mənfi təsir etsə də, xüsusən də məhsullarının orta bazar qiyməti 3 min dollardan yuxarı olan heç bir marka 2024-cü ilin ikinci rübündə müsbət performans göstərməyib.
Morgan Stanley bildirib ki, "uzun müddət ərzində modellərin əksəriyyəti üçün ikinci əl bazarında pərakəndə satış qiymətlərinə yaxın və ya aşağı qiymətlərlə ticarət oluna bilər".
Bu gün "Big Three" (Rolex, Patek Philippe və Audemars Piguet) brendlərinin mövcud istehsal modellərinin 50 faizipərakəndə satış qiymətlərindən yuxarı satılır.
İkinci əl bazarında satış müddəti təxminən 4 dəfə artıb
2024-cü ilin birinci yarısında ikinci əl Rolex saatlarının satılması orta hesabla 67 gün çəkib. Bu müddət 2021-ci ildə 18 gün idi. Patek Philippe-də bu müddət 67 gündən 173 günə, Audemars Piguet-də isə 46 gündən 166 günə yüksəldi.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
-
9 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
11 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
12 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 13 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır







.jpg)




.jpg)











