"Azərbaycan kapitallı şirkət ilə imzaladığımız saziş 27 ölkəni əhatə edir"
Qətərin "Al Baladi Holding"i və Azərbaycan sərmayəsi ilə BƏƏ-də təsis edilmiş “Green Capital Management” şirkəti arasında olan yeni partnyorluq münasibəti sürətlə inkişaf edir.
Bunu Bakıda səfərdə olan "Al Baladi Holding" şirkətinin F&B bölməsinin baş əməliyyat direktoru (COO) Karim Abd El Razek jurnalistlərə açıqlamasında deyib.
"Bu gün burada olmaqdan və yeni missiyamızı bölüşməkdən çox məmnunuq. “Green Capital Management” ilə bu gün imzalanmış Strateji Tərəfdaşlıq Sazişi 27 ölkəni əhatə edir və müzakirələr zamanı "Go Crispy"nin məhsullarının bu bazarlarda 100 %-lik artımını müzakirə etmişik. Əsas məqsədimiz daha çox müxtəlif ölkələri əhatə etmək, markamızı daha geniş auditoriyaya çatdırmaq, toyuq sevən böyük bir müştəri kütləsini cəlb etməkdir. Markamızın bütün məhsulları tamamilə təbiidir, heç bir süni əlavə yoxdur. Bu genişlənmənin qarşıdakı iki il ərzində daha böyük uğur gətirəcəyini gözləyirik”, - şirkət rəsmisi bildirib.
Xatırladaq ki, bu gün “Green Capital Management” şirkəti ilə “Al Baladi Holding” arasında imzalanmış Strateji Tərəfdaşlıq Sazişinə əsasən, Bakıda yeni iş yerlərinin yaradılmasını nəzərdə tutan şəbəkələrin açılması üçün təxminən 5 milyon ABŞ dolları həcmində sərmayə yatırılacaq.
Bu sazişin imzalanması "Green Capital Management” ilə qida, pərakəndə satış və qonaqpərvərlik sahələrində fəaliyyət göstərən “Al Baladi Holdings” arasında tərəfdaşlığın başlanğıcını ehtiva edir. Şirkətlər birgə "Go Crispy" və "Tea Time" franşizalarının 27 ölkədə genişləndirməyə və qarşıdakı illərdə 405-dən çox yeni filial açmağı planlaşdırırlar.
1989-cu ildə Qətərdə təsis edilmiş "Souq Al Baladi Group" qida və içki, pərakəndə satış, elektron ticarət və qonaqpərvərlik kimi sektorlarda fəaliyyət göstərən tanınmış Qətər konqlomeratıdır.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
- 11 d. əvvəl
- 34 d. əvvəl
-
38 d. əvvəl
“PAŞA Bank” POS-terminallarında "UnionPay" kartlarla ödəniş qəbulunu təqdim edir
- 48 d. əvvəl
- 53 d. əvvəl
-
14 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
15 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
16 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
m10 və Mastercard yeni rəqəmsal kartı təqdim edir
Bir Bonus lotereyasının qalibləri bəlli oldu - SİYAHI
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub













.jpg)






.jpg)

