Bakı Tikiş Evi məktəblilər üçün şalvar və ətəklərin qiymətini 5 manat endirib
Azərbaycanda yeni tədris ili üçün nəzərdə tutulan məktəbli formaları ucuzlaşıb.
Bu barədə açıqlamasında Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov məlumat verib.
O bildirib ki, hazırda BTE-nin anbarında yüz mindən çox məktəbli forması var: "Bu o deməkdir ki, yeni tədris ilinə tam hazırıq. Bu il şalvar və ətəklərin qiymətində fərq olacaq. Belə ki, keçən il 25 manata satılan şalvar və ətəkləri bu il valideynlər 20 manata ala biləcəklər. Məktəblilərin polo köynəklərinin qiyməti isə 15 manatdır”.
Şöbə müdiri əlavə edib ki, satışda 26-54 ölçü aralığında məktəbli formaları mövcuddur:
"Hazırda birinci sinifdən 11-ci sinifə kimi məktəbli formaları satışdadır. Hətta ölçülərə 56, 58 və 60-da əlavə edilib ki, hər çəkidə olan şagird rahatlıqla özünə uyğun məktəbli formasını ala bilsin. Rəngləri isə məktəblərin özləri tənzimləyir”.
E.Əzimov satılan məktəbli formalarına bir il zəmanətin verildiyini də diqqətə çatdırıb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 9 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)





