Ani Ödənişlər Sistemi ilə bankomatlardan hesablara mədaxil imkanı yaradıldı
ABB-yə məxsus yeni nəsil bankomatlarda sadəcə “AniPay ID” (mobil nömrə, FİN kod, elektron poçt ünvanı) daxil edilməklə ölkə ərazisində fəaliyyət göstərən istənilən bankdakı hesaba mədaxil imkanı yaradılıb.Mərkəzi Bank tərəfindən Ani Ödənişlər Sisteminin (AÖS) əhatə dairəsinin genişləndirilməsi və istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, AÖS üzərindən bankomatlar vasitəsilə hesablara mədaxil funksionallığı “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) tərəfindən reallaşdırılan layihə çərçivəsində istismara verilib.
Belə ki, ABB-yə məxsus yeni nəsil bankomatlarda sadəcə “AniPay ID” (mobil nömrə, FİN kod, elektron poçt ünvanı) daxil edilməklə ölkə ərazisində fəaliyyət göstərən istənilən bankdakı hesaba mədaxil imkanı yaradılıb.
Qeyd edilib ki, mədaxil prosesi zamanı əlavə heç bir bank rekvizitinin qeyd edilməsinə ehtiyac olmadan əsginasların toplu şəkildə bankomata daxil edilməsi imkanı istifadəçilər üçün mədaxil əməliyyatlarını daha sürətli və təhlükəsiz formada icra etməyə şərait yaradır.
Xatırladılıb ki, AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətlərindən istifadə etməklə bank hesablarını AÖS-də qeydiyyatdan keçirə, “AniPay ID” yaradaraq hesabları sadə identifikatorlara (mobil nömrə, FİN kod, elektron poçt ünvanı) bağlaya və 24/7/365 rejimində ödənişləri anında icra edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
11 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)






.jpg)


