Dotcom hesab edir ki, ABŞ iqtisadiyyatı tarixin ən böyük çöküşünə doğru gedir
"Megaupload" fayl paylaşma şəbəkəsinin yaradıcısı əmindir ki, hiperinflyasiya ölkənin aktivlərini məhv edəcək."Megaupload" fayl paylaşma şəbəkəsinin yaradıcısı Kim Dotcom hesab edir ki, ABŞ tarixin ən böyük iqtisadi böhranı ilə üz-üzədir, bunun ardınca isə dollar dövrünün sonu gəlir.
Marja xəbər verir ki, Dotcom öz X (keçmiş Twitter) səhifəsində "ABŞ dollarının dominantlığının sonu... Borcunu artıra bilməyəcək" deyə yazıb və əlavə edib ki, pul çap etmək onların yeganə aləti olacaq.
İş adamının fikrincə, hiperinflyasiya ABŞ-ın aktivlərini məhv edəcək. O, "Tarixin ən böyük çöküşünü gözləyin" deyə xəbərdarlıq edib.
Dotcom 2005-ci ildə "Megaupload" fayl paylaşma şəbəkəsini qurduqdan sonra dünyanın bir çox ölkələrində internet istifadəçiləri arasında geniş şəkildə tanınıb. Bu fayl hostinq xidməti 2012-ci ildə Amerika hüquq-mühafizə orqanlarının təzyiqi ilə bağlandıqdan sonra o, daha bir oxşar resursu - "Mega"nı təsis edib və bu da tez bir zamanda bütün dünyada çox populyarlaşıb. 2010-cu ildən iş adamı Yeni Zelandiyada yaşayır. Yeni Zelandiya hakimiyyəti bu yaxınlarda Dotcom-u ABŞ-a ekstradisiya etmək qərarına gəlib.
O, müəllif hüquqlarının pozulması, çirkli pulların yuyulması və reketçilikdə ittiham olunur.
ABŞ səlahiyyətliləri deyirlər ki, Dotcom (Almaniyada dünyaya gəlib və ilk adı Kim Schmitz olub ) və digər üç "Megaupload" meneceri, müəllif hüquqları ilə qorunan materialları saxlamaq və paylaşmaqla kinostudiyalara və səsyazma şirkətlərinə 500 milyon dollardan çox zərər vurub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


.jpg)

