ADY tabeliyində olan tibb müəssisələrinin aidiyyatı üzrə təhvil verilməsi prosesinə başlayır
"Əsas məqsədi həmin xəstəxanaların müvafiq sahəvi qurumların tabeliyində daha peşəkar və mərkəzləşdirilmiş idarəçiliyini təşkil etmək və əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etməkdir"Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tabeliyində fəaliyyət göstərən tibb müəssisələri və onlara məxsus əmlak Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilir.
ADY-nin yaydığı məlumatda bildirilir ki, icrasına 1 yanvar 2025-ci il tarixindən başlanacaq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi haqqında qərar”ın əsas məqsədi həmin xəstəxanaların müvafiq sahəvi qurumların tabeliyində daha peşəkar və mərkəzləşdirilmiş idarəçiliyini təşkil etmək və əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etməkdir.
Qeyd edilib ki, ADY müasir və səmərəli idarəçiliyə, müştəriyönümlü və çevik şirkət modelinə keçid edir və onun fəaliyyətlərinin ana xəttini dəmir yolu daşımaları, dəmir yolu infrastrukturun saxlanması və inkişafı, müvafiq maddi-texniki bazanın müasirləşdirilməsi və dəmir yolları üzrə kadr hazırlığı təşkil edir. Bu baxımdan, tibb xidmətləri ADY-nin fəaliyyəti üçün qeyri-profil fəaliyyət istiqaməti kimi müəyyən edilib.
Bu təcrübə Avropanın və dünyanın bir sıra inkişaf etmiş ölkələrində də tətbiq edilir. Analoji qərarlar dəmir yolu sənayesinin öz profili üzrə ixtisaslaşmasını, yük sahibləri və sərnişinlərə göstərilən xidmətlərin şaxələndirilməsini, infrastruktur quruculuğunu və bir çox digər aidiyyəti fəaliyyətləri dəstəkləmək məqsədi daşıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır























