Yeni smartfonu Huawei-nin gəlirinə müsbət təsir edib - SATIŞI VƏ MƏNFƏƏTİ ARTIB
Çinin telekommunikasiya və texnologiya şirkəti “Huawei” 2024-cü ilin yanvar-iyun aylarında yeni smartfon modelləri sayəsində xalis mənfəətini 17,8 faiz artıraraq 54,9 milyard yuana (7,7 milyard dollar) çatdırıb.Çinin telekommunikasiya və texnologiya şirkəti "Huawei"nin ilin yanvar-iyun dövrü üzrə maliyyə nəticələrinə əsasən, Çin şirkətinin gəlirləri 2024-cü ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 34,3 faiz artaraq 417,5 milyard yuana (58,8 milyard dollar) təşkil edib.
Marja.az xəbər verir ki, Şirkətin xalis mənfəəti 17,8 faiz artaraq 54,9 milyard yuana (7,7 milyard dollar) çatıb.
Huawei ayrı-ayrı məhsul qruplarının satışı ilə bağlı heç bir məlumat verməsə də, Çin şirkətinin idarə heyətinin sədri Eric Xu şirkətin ilin ilk yarısında göstərdiyi performansın onun proqnozlarına uyğun olduğunu bildirib.
Huawei, 2023-cü ilin avqustunda Çində Mate 60 Pro seriyasının təqdimatından sonra ölkədəki smartfon bazarında birinci yeri tutub.
Çin hökuməti müstəqillik və rəqabət üçün xaricdən gələn texnologiyalardan daha çox yerli texnologiyanın inkişafı strategiyasını icra edir və Huawei bu strategiyada mərkəzi oyunçu kimi seçilir.
ABŞ-ın Çinə texnologiya ixracına, xüsusilə çiplərə məhdudiyyətlər qoyması səbəbindən Huawei-nin cihazları ölkədə istehsal olunan çiplərlə işləyir.
ABŞ sanksiyalarına Huawei-nin Google Android əməliyyat sisteminə çıxışının bloklanması da daxildir. Huawei daha sonra "Harmony OS" adlı öz mobil əməliyyat sistemini inkişaf etdirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
15 d. əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
29 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 37 d. əvvəl
- 41 d. əvvəl
-
20 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub










.jpg)






.jpg)


