"PAŞA Bank biznes və gəlir hədəflərini təhlillər əsasında proqnozlaşdırır"
PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Xəyalə Nağıyevanın "Marja"ya müsahibəsi.
Müsahibənin 1-ci hissəsi ötən gün yayımlanıb: http://marja.az/news/11926
-2017-ci ilin birinci rübü ilə müqayisədə, ikinci rübdə xarici valyutadan xalis gəlirlərin azaldığı müşahidə olunur. Adı çəkilən gəlir 14,89 milyon manatdan 8,59 milyon manata düşüb. Bu azalma nə ilə bağlıdır?
-2016-cı ilin oktyabr ayından 2017-ci ilin yanvar ayınadək dollar/manat qarşısında bahalaşırdı, fevraldan isə əks proses başladı. İlin əvvəlində alış və satış məzənnələri arasında fərq (spred) böyük olduğundan, PAŞA Bankın valyuta əməliyyatlarından əldə etdiyi gəlir yüksək idi. İkinci rübdən başlayaraq dollar/manat məzənnəsi sabitləşdi və spredlər çox daraldı. Buna görə, proseslərə uyğun olaraq valyuta əməliyyatlarından gəlirlər nisbətən azalıb.
-Ötən il cəmi xalis mənfəətin xeyli hissəsi valyuta əməliyyatlarından əldə edilmiş gəlirlər hesabına yaranmışdır. Bu il məzənnənin sabitləşməsilə valyuta gəlirlərinin azalması 2017-ci il üzrə mənfəət hədəfinə nail olmamağınıza gətirib çıxarda bilərmi?
-Xeyir, mümkün deyil. Bank olaraq biz gəlir və mənfəət hədəflərimizi proqnozlaşdıran zaman makro-iqtisadi vəziyyətə, idxal və ixrac trendlərinə, müştərilərimiz olan iri şirkətlərin biznes fəaliyyətlərinin nəticələrinə və müəyyən sıra iqtisadi faktorların proqnozuna əsaslanırıq. Valyuta əməliyyatlarından gələn gəlir isə iqtisadi faktorların təsirindən irəli gələn törəmə və qeyri stabil faktordur və onun davranışına təsir edən bütün digər faktorları dəqiq proqnozlaşdırmaq bizim halımızda mümkün deyil. Bu səbəbdən dəbiz proqnozlarımızı hazırlayan zaman bu və digər gəlir növlərini stabil iqtisadi vəziyyətə görə ehtimal edirik, və məhz valyuta əməliyyatlarından gələn gəlir də stabil halına görə hədəflənib, stabil olmayan gəlirləri nəzərə alınmayıb.
-PAŞA Bankın cəlb etdiyi vəsaitlərə görə faiz xərcləri artsa da, faiz gəlirləri də artıb. Faiz gəlirləri birinci rübdə 42,74 milyon manat, ikinci rübdə isə 44,54 milyon manat təşkil edib. PAŞA Bank az da olsa faiz gəlirlərini artırıb, digər banklarda isə faiz gəlirləri azalır. Belə bir fikir səsləndirilir ki, banklar cəlb etdikləri vəsaitləri kredit şəkilində ayıra bilmirlər və banklarda izafi likvidlik mövcuddur. Həqiqətənmi kreditlərə tələbat azalıb? Gələcəkdə banklar gəlir formalaşdırmaqda çətinlik çəkə bilərlərmi?
-Hazırda PAŞA Bankın müştərilərə verdiyi kreditlər 900 milyon manat civarındadır və bu il kredit portfelimizdə ciddi azalma və artma müşahidə etmirik. Bəli, kreditlərə tələbat bir qədər azalıb. Tələbatla bağlı məqama aydınlıq gətirmək istərdim – bizim portfelimizdə bizneslərin valyuta asılılıqları qismən mövcuddur. Bu bizneslərdə bir az durğunluq müşahidə olunur. Onlar öz üzərinə valyuta riskini götürmək istəmir və biznesin genişlənməsinə yatırım etməkdən qaçınırlar. Digər sözlə desək, sahibkar öz biznesinə ciddi şəkildə investisiya etmir, amma dövriyyə vəsaitlərinə olan ehtiyaclarını Bankdan aldığı vəsaitlə qarşılayır.
Onu da vurğulamaq istərdim ki, kreditə tələbat sektorlar üzrə fərqlidir. Biz kənd təsərrüfatında canlanma görürük, tikinti sektorunda isə əksinə durğunluq müşahidə olunur. Qida sənayesində, qida və qeyri qida məhsullarının idxalı ilə məşğul olan şirkətlərin bizneslərində heç bir azalma yoxdur. PAŞA Bankın hesabatlarına diqqət yetirsəniz görəcəksiniz ki, Bankın sektorlar üzrə kredit portfeli iqtisadiyyatdakı prosesləri əks etdirir. Yeri gəlmişkən, bütün qeyd olunan məqamları nəzərə almaqla daxili BMHS-ə əsasən ehtiyatları nəzərə almaqla xalis portfel (ehtiyatlar çıxılmaqla) 820 milyon manat təşkil edir. Bu o deməkdir ki 2016-cı ilin dekabrın sonuna və bu günə xalis portfelin həcmi orta hesabla sabit qalmışdır. Buna əsasən yarım-illik audit olunmamış xalis gəlir 41 milyon manat həcmində dəyərləndirilib.
Bilirsiniz ki, ötən ilin əvvəlindən başlayaraq manat kreditləri bahalaşıb. Əgər biz keçən ilin əvvəllərində korporativ müştərilərimizə 12-13%-lə kreditlər verirdiksə, 2016-cı ilin ortalarından faizlər 16-18%-dək yüksəldi. Keçən il verilmiş kreditlər bu il faiz gəlirlərinin artmasında özünü göstərir. Bu il PAŞA Bankın faiz gəlirlərindəki artım kreditlərə tələbatın kəskin artması ilə deyil, ötən il verilmiş yeni qismən yüksək faizli kreditlər ilə əlaqədardır.
Banklarda izafi likvidliyin olduğu barədə səsləndirilən fikirlər doğrudur. Hazırda PAŞA Bankda da böyük likvidlik yaranmışdır və bu vəsaitləri rasional yerləşdirmək demək olar ki, mümkün deyil. Bu da alternativ investisiya alətlərinin məhdudluğu ilə əlaqədardır: Mərkəzi Bankın depozit hərracları, notları və dövlət istiqrazlarından başqa demək olar ki hər hansı bir investisiya aləti mövcud deyil.
Digər tərəfdən də, ölkə xaricindəki alətlərə də investisiya etmək Azərbaycan bankları üçün sərfəli deyil, çünki qərb ölkələrində etibarlı dövlət istiqrazlarının faizləri çox aşağıdır. İnkişaf etmiş ölkələrin demək olar ki, risksiz dövlət istiqrazlarının gəlirliliyi 1-2%-dir ki bu gəlir bizim xərcimizi belə ödəmir. Hazırda likvid vəsaitlərin yerləşdirilməsimaliyyə institutlarının qarşısında dayanan ciddi çağırışlardan biridir.
- Digər mühüm bir məsələ bankların kadr təminatı və onların peşəkarlığıdır. PAŞA Bank mühasiblərinin bilik və bacarıqlarının artırılması üçün hansı tədbirlər görür?
- PAŞA Bankın maliyyə blokunda beynəlxalq dərəcələri mütəxəssislər çalışır, onların çoxu bankda yetişməklə, bir neçəsi dəBanka “böyük dördlük” audit şirkətlərindən gəlmişdir. Biz komandamızın yeni üzvlərini işə götürən zaman ilk öncə onların təcrübələrinə diqqət yetiririk.Bank isə öz növbəsində kadrlarının biliklərinin artırılmasınaböyük investisiyalar yatırır: onların öz ixtisasları üzrə daha da püxtələşməsi üçün ölkədə və xaricdə onlara müxtəlif təlimlərtəşkil edir. Bu gün PAŞA Bankın maliyyə sahəsində çalışan aparıcı mütəxəssislərinin demək olar ki hamısı bütün dünyada tanınan ACCA və CFA (Sertifikatlaşdırılmış Maliyyə Təhlilçisi) sertifikatınamalikdir. Onların 90%-i bu sertifikatlarını PAŞA Bankda işləyən zaman əldə edib.
Bütün bunlar ona görə edilir ki, uçotun aparılması və hesabatların hazırlanması maksimal dərəcədə qüsursuz olsun və hesablamalar ən son standartlar əsasındaqüsursuz aparılsın.
Marja: Xəyalə xanım, ətraflı müsahibəyə görə təşəkkür edirəm.
Müsahibəni apardı: Seymur Yunusov
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 9 saat sonra
-
4 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
5 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 9 saat əvvəl
-
11 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi




















