Nazir: "Naxçıvanda maliyyə və mühasibatlıq sahəsində innovativ yanaşmalar prioritet hesab edilir"
Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Beynəlxalq Forumda iştirak edir.18-20 sentyabr tarixlərində Bakı şəhərində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl iqtisadiyyat şəraitində hesabatlılıq və şəffaflıq” mövzusunda keçirilən “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu”nda Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov iştirak edir.
“Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM)” və “SOCAR Bakı Ali Neft Məktəbi”nin birgə təşkilatçılığı ilə keçirilən Forumda Həsən İsmayılov açılış nitqi ilə çıxış edərək bildirib ki, bu ilki Forum Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, Azərbaycanın COP29 kimi nüfuzlu tədbirə ev sahibliyi etməsi ilə xarakterizə olunur və Forumu daha da əhəmiyyətli edir. “Yaşıl iqtisadiyyat”ın formalaşması həm ətraf mühitin qorunmasında, həm də mövcud olan təbii ehtiyatlara və müasir biliklərə əsaslanan davamlı inkişafın təmin edilməsində mühüm şərtdir.
Nazir qeyd edib ki, mühasibatlığın inkişafı dövlətin iqtisadi və maliyyə strategiyasının uğurla həyata keçirilməsi üçün vacibdir. Bu inkişaf yalnız dövlət sektorunda deyil, həmçinin özəl sektorun şəffaf və hesabatlı fəaliyyət göstərməsi üçün də önəmlidir. Düzgün və şəffaf qurulmuş mühasibat uçotu vasitəsilə dövlət orqanları arasında məlumat mübadiləsi və koordinasiya təkmilləşir, maliyyə hesabatlarının düzgün aparılması ilə dövlət idarəetməsinin effektivliyi artır, resursların düzgün bölüşdürülməsi və təyinatı daha səmərəli olur, dövlətin maliyyə resurslarını effektiv və şəffaf şəkildə idarə etməsinə kömək edir.
Maliyyə naziri vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında gələcək üçün maliyyə və mühasibatlıq sahəsində innovativ yanaşmalar prioritet hesab edilir. Rəqəmsallaşma və texnologiyaların inteqrasiyası mühasibatlıq sistemlərinin sadələşdirilməsini və daha dəqiq məlumatların təmin olunmasını mümkün edir, şəffaflığı daha da artırır. Bu tənzimləmələr dövlətin maliyyə nəzarətini gücləndirməklə yanaşı, özəl sektorda da maliyyə proseslərinin inkişafına və tənzimləməsinə dəstək verir.
Avropa və Asiyanın nüfuzlu qurumlarının rəhbərlərinin, xarici peşəkar mütəxəssislərin, həmçinin Azərbaycanda fəaliyyət göstərən bir sıra dövlət qurumlarının və təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən Forumda “Yaşıl iqtisadiyyat” şəraitində əsas çağırışlara dair məruzələr dinlənilib, beynəlxalq qurumlarla Əməkdaşlıq Memorandumları imzalanıb.
Forum işini növbəti gün də davam etdirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
14 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 24 d. əvvəl
- 27 d. əvvəl
- 35 d. əvvəl
-
39 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
53 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı






















