Improtex-dən bir ilk: Yerli istehsal zirehli maşınlar ADEX 2024-də nümayiş olunur - FOTOLAR
Improtex Industries, Azərbaycanın aparıcı mühəndislik və istehsal şirkətlərindən biri, 5-ci ADEX (Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi) sərgisində ilk dəfə olaraq Azərbaycan istehsalı olan İTX brendi altında 20H, 15M və 6L zirehli texnikalarını təqdim edir. Bu platformalar tam olaraq yerli mühəndislər tərəfindən layihələndirilib və Azərbaycanın hərbi sənayesinə mühüm töhfə olaraq qiymətləndirilir.
İTX platformaları hərbi birləşmələrin yerinə yetirəcəyi görəvə uyğun olaraq fərqli təyinatlarda təchiz oluna bilər. Bunlara minaya davamlı pusqu qorumalı avtomobillər, komanda və idarəetmə vasitələri, zirehli qoşun daşıyıcıları, patrul maşınları, xüsusi əməliyyat maşınları, piyada dəstələri maşınları, yaralı və zərərçəkənlərin evakuasiya maşınları, KBRN vasitələr, minaatan maşınlar, zirehli yük maşınları, kəşfiyyat maşınları, zirehli polis maşınları daxildir və sürətli hücum maşınları daxildir.
Improtex Industries, 2013-cü ildən fəaliyyət göstərərək metal konstruksiyalar və maşınların üst qurğularının istehsalı ilə məşğuldur. Şirkət, xüsusən, 2-ci Qarabağ müharibəsindən sonra minatəmizləmə texnologiyaları sahəsində diqqət çəkib. Revival P piyada əleyhinə və Revival T tank əleyhinə minatəmizləyən texnikaları bu sərgidə də yer alacaq. Bu texnikalar artıq ANAMA (Azərbaycan Minatəmizləmə Agentliyi) tərəfindən istifadə olunur və xarici ölkələrə də ixrac edilib.
Yeni zirehli texnikaların yaradılmasında bir sıra beynəlxalq təchizatçı şirkətlərdən alınan yüksək keyfiyyətli hissələrdən istifadə edilsə də, bu maşınlar tam olaraq yerli mühəndis qruplarının layihələndirməsi və Azərbaycana məxsus texnologiyaları ilə istehsal olunub. Bu addım Improtex Industries-in milli hərbi sənayedəki rolunu gücləndirir və Azərbaycanın öz istehsalı olan müdafiə texnikalarının inkişafında mühüm mərhələdir.
Sərgidə nümayiş olunan bu texnikalar, ölkənin təhlükəsizliyinin təmin olunmasında və regional müdafiə gücünün artırılmasında mühüm rol oynayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
12 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)








