Kiçik sahibkarların Coca-Cola zavoduna turu təşkil edilib
Coca-Cola-nın Azərbaycandakı zavoduna 20 sentyabr tarixində kiçik sahibkarların turu təşkil edilib. Turda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri də iştirak edib.
Şirkətin “Satış”, “Marketinq” və “Biznesin inkişafı” departamentinin nümayəndələri qonaqları qarşılayaraq zavodun istehsal xətti, fəaliyyəti və keyfiyyət standartları barədə onlara məlumat verib. Həmçinin KOBİA-nın “Kiçik və Orta Biznesin Dostu” departamentinin müdir müavini Eldəniz Amirov çıxış edərək biznesin düzgün təşkili və Agentliyin bu sahədə gördüyü işlər barədə danışıb.
Turdan sonra Coca-Cola Azərbaycan tərəfindən təltif etmə mərasimi də keçirilib. Mərasimdə “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova çıxış edərək sahibkarların hər birinə uğurlu və davamlı əməkdaşlıq üçün minnətdarlığını bildirib.
Daha sonra qonaqlar “Əməkdar Tərəfdaş” kateqoriyası üzrə təşəkkürnamələrlə təltif ediliblər.
Qeyd edək ki, Coca-Cola məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək və fərqlilik yaratmaqdır. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri Coca-Cola, Fanta, Sprite, Bonaqua, Cappy və Fuse Tea kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur. 400-ə yaxın işçisi olan Coca-Cola Azərbaycan eyni zamanda təchizat zənciri vasitəsilə 5000-dən çox iş yerini dəstəkləyir. Şirkət tullantıların azaldılması, su ehtiyatının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədi ilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
11 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)


.jpg)



