Bakıda əlilliyi olan şəxslərin çalışdığı ilk inklüziv kafe – “Kaşalata” fəaliyyətə başladı
Dövlət və özəl qurumların dəstəyi ilə ərsəyə gəlmiş “Kaşalata” kafesində qayğıya ehtiyacı olan şəxslərin məşğulluğu təmin ediləcək.Bakıda əlilliyi olan şəxslərin də çalışdığı ilk inklüziv kafe – “Kaşalata” kafe fəaliyyətə başlayıb.
"Marja" xəbər verir ki, kafenin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, dövlət və özəl sektorun nümayəndələri iştirak ediblər.
Qonaqlar kafedə yaradılmış şərait və iş mühiti ilə tanış olub, burada məşğulluğu təmin edilmiş əlilliyi olan şəxsləri yeni işləri münasibətilə təbrik ediblər.
Nazir S.Babayev həssas qrupların cəmiyyətdə bərabər imkanlara sahib olmasının və onlar üçün inklüziv imkanların yaradılmasının ölkəmizdə aparılan sosial siyasətin prioritet istiqamətlərindən olduğunu bildirib.
“Kaşalata” kafenin də əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında mühüm rol oynayacağından əminliyi ifadə edib.
Qeyd edək ki, “Birgə və Sağlam” İB-nin təşəbbüsü ilə təsis edilən “Kaşalata” kafe əlilliyi olan gənclərin inklüziv mühitdə məşğulluğuna dəstək olmaq və onların cəmiyyətə inteqrasiyasını təşviq etmək məqsədi daşıyır.
Ü.Hacıbəyli küçəsi 57 ünvanında yerləşən kafedə ümumilikdə 20 gəncin məşğulluğu təmin olunub ki, onlardan 10 nəfəri əlilliyi olan gənclərdir.
Kafenin yaradılmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, SOCAR, “Pasha Holding” və “Trendyol Azərbaycan” tərəfindən dəstək göstərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)









.jpg)
