Bakı Fond Birjası BƏƏ-nin aparıcı investisiya şirkətlərilə əməkdaşlıq əlaqələri qurub
BƏƏ-nin kapital bazarlarının aparıcı investisiya şirkətlərindən olan “Emirates NBD Capital”, “BHM Capital Financial Services” və “Nomura Asset Management” şirkətlərlərinin rəhbər heyətinin nümayəndələri ilə islam investisiyaları, sukuk istiqrazlarının buraxılışı imkanlarının, market meyker fəaliyyətinin və kapital bazarlarında tədbiq edilən texnoloji nailiyyətlərin öyrənilməsi istiqamətində əməkdaşlıq əlaqələri qurulub.1-4 oktyabr 2024-cü il tarixlərində “Bakı Fond Birjası”nın (BFB) nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfər edib.
Birjanın yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində Dubay Maliyyə Bazarı (DFM), Dubay İqtisadi İnkişaf Korporasiyası (DED) və Abu-Dabi Fond Birjasının (ADX) rəhbər heyəti ilə görüşlər keçirilib.
Görüşlər zamanı ölklələrin kapital bazarlarının inkişaf tarixi və perspektivləri, fond bazarları arasında təcrübə mübadiləsi və yaxın gələcəkdə qarşılıqlı əməkdaşlığın istiqamətləri haqda müzakirələr aparılıb. BƏƏ-nin fond bazarlarına ticarət platformaları üzərindən inteqrasiya hər iki ölkədən olan investorlar üçün kapital bazarlarına çıxışa, bazar alətlərinin genişləndirilməsinə, o cümlədən likvidliyin artırılmasına xidmət edən təşəbbüslərdən biridir.
Habelə, “Bakı Fond Birjası”nın nümayəndə heyəti BƏƏ-nin kapital bazarlarının aparıcı investisiya şirkətlərindən olan “Emirates NBD Capital”, “BHM Capital Financial Services” və “Nomura Asset Management” şirkətlərlərinin rəhbər heyətinin nümayəndələri ilə islam investisiyaları, sukuk istiqrazlarının buraxılışı imkanlarının, market meyker fəaliyyətinin və kapital bazarlarında tədbiq edilən texnoloji nailiyyətlərin öyrənilməsi istiqamətində əməkdaşlıq əlaqələri qurulub.
Fond bazarları arasında olan qarşılıqlı əməkdaşlıq hər iki ölkə arasında mövcud sıx iqtisadi münasibətlərə dəstək verəcək və eyni zamanda yerli şirkətlərin kapital bazarları ilə inkişafında mühüm rol oynayacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)


.jpg)



