“PAŞA Bank” nüfuzlu “İNMerge” İnnovasiya Sammitinin platin sponsorudur
(®) Aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” regionun ən böyük innovasiya tədbiri olan “İNMerge” sammitində iştirak edir.
"PASHA Holding"in təşkilatçılığı ilə keçirilən bu tədbir dünyanın aparıcı texnologiya şirkətlərini, bu sahənin liderlərini, startapları və innovatorları bir araya gətirir. Beynəlxalq sammit rəqəmsal ekosistemin inkişafına töhfə vermək, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi aparmaq və faydalı əməkdaşlıq qurmaq üçün mükəmməl bir platformaya çevirilib.
Bu il sammitdə “PAŞA Bank” Əlavə Dəyər Xidmətlərinə (Value-Added Services, VAS) həsr olunmuş vertikalın sponsorudur.
Əlavə Dəyər Xidmətləri dünyada geniş istifadə edilən qeyri-maliyyə xidmətləridir. Onlar şirkətin və ya bankın əsas məhsul və xidmətlərini tamamlayır. Bu istiqamət, istifadəçi təcrübəsini artıraraq və biznes sahiblərinə əlavə rəqabət üstünlüyü verərək, əsas məhsul və xidmətlərin dəyərini yüksəldir. Əlavə Dəyər Xidmətləri gündəlik tələbat malları, telekom, bankçılıq və digər sahələrdə fəal şəkildə istifadə olunur.
“PAŞA Bank”, Azərbaycandakı biznes sahiblərinə Əlavə Dəyər Xidmətlərinin üstünlüklərini tanıtmaq və yerli bazarda məlumatlılığı artırmaq üçün “Nestle”, “KOOP Ventures”, “SupplierPlus”, “International Dgpays Group” və bir sıra qlobal şirkətləri təmsil edən aparıcı beynəlxalq ekspertləri sammitə dəvət edib.
Sammit zamanı, mütəxəssislər bu istiqamətin inkişaf perspektivləri, Azərbaycan bazarında istifadəsi və konkret nümunələri müzakirə edəcək və real sektorun nümayəndələrinin suallarını cavablandıracaqlar.
Etibarlı maliyyə tərəfdaşı olaraq, “PAŞA Bank”, korporativ sektoru və Əlavə Dəyər Xidmətləri seqmentini inkişaf etdirmək, eləcə də Azərbaycanın iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmək məqsədilə layihələrin və ideyaların həyata keçirilməsini davam etdirməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
13 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 34 d. əvvəl
-
38 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
52 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı























