“MasterCard”ın "Priceless" təcrübəsin Azərbaycan üzrə ilk tərəfdaşı Göygöl Şərab Zavodu oldu - FOTOLAR
(®) 28 sentyabr tarixində qlobal ödəniş texnologiyaları liderlərindən olan “Mastercard” şirkəti unikal təcrübələr təqdim edən "Priceless" proqramının Azərbaycanda ilk təqdimatını həyata keçirtmişdir.
Müştərilərə yalnız maliyyə xidmətləri deyil, eyni zamanda unudulmaz anlar və fərqli təcrübələr təqdim etməyi hədəfləyən “Priceless” təcrübəsinin ölkə üzrə ilk tərəfdaşı Göygöl Şərab Zavodudur. “Priceless” proqramı müntəzəm olaraq Mastercard sahiblərinə xüsusi tədbirlərdə iştirak imkanı yaradır və gündəlik həyatlarına dəyər qatan özəl təcrübələr təqdim edir.
Bu əməkdaşlıq Azərbaycanın çoxmədəniyyətli keçmişi, həmçinin əvvəl “Helenendorf” adlanan, indiki Göygöl şəhərinin şvabinq almanları tərəfindən qurulmuş tarixi irsi və Göygöl Şərab Zavodunun 160 illik ənənələrinin dəyərini önə çıxarır. Nüfuzlu tədbir qonaqların Göygöl şəhərinin qədimi küçələri və Müqəddəs İohann kilsəsinə ziyarəti ilə başlamışdır.
Səyahət Forer qardaşları tərəfindən 1860-ci ildə əsası qoyulmuş və Azərbaycanın ən mühüm şərab istehsalçılarından biri olan Göygöl Şərab Zavodunda davam etmişdir. Qonaqlar zavodun şərab üzrə italyan mütəxəssislərinin müşayiəti ilə 518 ha. sahəsi və 13 növ üzüm sortu olan bağları, qədim şərab və konyak zirzəmiləri ilə tanış oldular. Şərabçıların təqdimatı ilə məhsulların istehsal prosesi haqqında qonaqlara məlumat verilmiş, zəngin şərab və konyakların eksklüziv dequstasiyası təşkil edilmişdir.
Göygöl Şərab Zavodu zəngin tarixi və mükəmməl sənətkarlığı ilə ənənə və yeniliyi bir arada qeyd etmək üçün "Priceless" təcrübəsi üçün mükəmməl bir məkan olmuşdur.
Göygölün tarixi və zəngin irsini, dünya şöhrətli şərab sənayesini qeyd edən eksklüziv tədbirdə Mastercardın Azərbaycan və Türkiyə nümayəndələri, o cümlədən, yerli bankların nümayəndələri, tanınmış şəxslər iştirak etmişdirlər.
Tədbirin davamı olaraq qonaqlar canlı musiqi müşayiəti ilə üzüm bağlarında təşkil olunmuş möhtəşəm şam yeməyindən zövq aldılar.
Mastercard "Priceless" təcrübəsini Azərbaycana gətirməklə cəmiyyətin, irsin və paylaşılmış təcrübələrin gücünü qeyd etməyə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)






.jpg)



