Fransanın sement nəhəngi "Lafarge" terror təşkilatını maliyyələşdirməkdə mühakimə ediləcək
Fransanın sement nəhəngi "Lafarge" (Lafarj) və şirkətin 4 keçmiş rəhbəri Suriyadakı fəaliyyətləri çərçivəsində terror təşkilatını maliyyələşdirdikləri iddiası ilə mühakimə olunacaqlar (məhkəmədə cinayət işinə baxılacaq).
Marja xəbər verir ki, korrupsiyaya qarşı mübarizə qeyri-hökumət təşkilatı "Sherpa" və Avropa Konstitusiya və İnsan Haqları Mərkəzi (AİHM) "Lafarge"nin Suriyadakı fəaliyyəti çərçivəsində aparılan istintaqla bağlı birgə açıqlama yayıblar.
Açıqlamaya görə, "Lafarge" qrupunun və şirkətin 4 keçmiş menecerinin - terror təşkilatını maliyyələşdirmək, İŞİD və Nusra Cəbhəsi terror təşkilatları ilə bütün maliyyə və ticarət əlaqələrini qadağan edən Avropa İttifaqının (AB) embarqosunun pozulması ittihamı ilə mühakimə olunmasına qərar verilib.
"Lafarge" və onun dörd keçmiş rəhbəri Paris Apellyasiya Məhkəməsi dindiriləcəklər.
Fransanın sement şirkətinin Suriyadakı fəaliyyətləri çərçivəsində təhlükəsizlikdən məsul olan iki keçmiş işçisi və bir suriyalı iş adamı da terror təşkilatını maliyyələşdirdikləri iddiası ilə eyni məhkəmə çərçivəsində mühakimə olunacaq.
7 sentyabr 2021-ci il tarixində Türkiyənin Anadolu Agentliyi (AA), "Lafarge" şirkətinin, Fransa kəşfiyyatının məlumatı olmasına baxmayaraq terror təşkilatı İŞİD-i maliyyələşdirdiyini sübut edən sənədləri dərc edib və bu sənədlər bütün dünyada geniş əks-səda doğurub.
Sənədlərə görə, "Lafarge" şirkəti İŞİD terror təşkilatı ilə əlaqələri barədə Fransa kəşfiyyat orqanlarını daim məlumatlandırıb. Fransa kəşfiyyatı və dövlət qurumları "Lafarge"a terroru maliyyələşdirərək insanlığa qarşı cinayət törətdiyi barədə xəbərdarlıq etməyib və bunu məxfi protokollarda etiraf ediblər. İŞİD "Lafarge"dan aldığı sementdən sığınacaq və tunellərin tikintisində istifadə edib.
2017-ci ilin iyun ayında şirkətə qarşı açılan istintaq çərçivəsində bəzi yüksək vəzifəli menecerlər, o cümlədən "Lafarge"ın Direktorlar Şurasının sədri Bruno Lafont “terrorizmi maliyyələşdirməkdə” ittiham ediliblər.
2018-ci ilin iyununda şirkətə qarşı “insanlığa qarşı cinayətlərdə şərik olmaq” ittihamı 2019-cu ilin noyabrında ləğv edilib.
2021-ci il sentyabrın 7-də Fransa Ali Məhkəməsi "Lafarge"ın Suriyada İŞİD terrorçularını maliyyələşdirdiyinə görə "insanlığa qarşı cinayətlərə kömək etmək"də ittiham edilməsinə yol açan qərar qəbul edib.
18 may 2022-ci il tarixində Paris Apellyasiya Məhkəməsi AA-nın əldə etdiyi sənədlər ilə Suriyada İŞİD terror təşkilatına maliyyə yardımı göstərdiyi sübut edilən "Lafarge"ə qarşı “insanlığa qarşı cinayətlərdə şərik olmaq” ittihamı ilə istintaqın açılmasına icazə verdi.
Yanvar ayında Fransa Ali Məhkəməsi sement nəhəngi "Lafarge"a qarşı "insanlığa qarşı cinayətlərdə şəriklik" ittihamının götürülməsi tələbini rədd edib və istintaqın davam etdirilməsinə qərar verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)
