MSCI beynəlxalq reytinq agentliyi SOCAR-a ESG üzrə BBB ilkin reytinqini verib
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ESG (Ətraf mühit, Sosial və İdarəetmə) ilə bağlı aparıcı beynəlxalq reytinq agentliyi olan MSCI şirkəti tərəfindən 2024-cü il üzrə BBB ilkin reytinqini əldə edib.
Bu barədə SOCAR məlumat yayıb.
Qeyd edilib ki, ESG üzrə ilkin BBB reytinqi SOCAR-ın karbon emissiyalarının və tullantıların azaldılması, ictimaiyyətlə əlaqələr, biomüxtəliflik, sağlamlıq və təhlükəsizlik, idarəetmə və şəffaflıq sahələrində əldə etdiyi nailiyyətlərin təsdiqidir.
SOCAR Xəzər regionunda bu reytinqi əldə edən ilk enerji şirkəti olmaqla bu göstərici üzrə əksər milli neft şirkətləri ilə müqayisədə daha üstün yer tutmuşdur.
Ətraf mühit, sosial siyasət və idarəetmə çərçivəsinin təkmilləşdirilməsini və həyata keçirilməsini əhatə edən intensiv proseslərin nəticəsi olan bu reytinq SOCAR-ın davamlı və dayanıqlı inkişaf strategiyasının, o cümlədən ətraf mühit, sosial siyasət və idarəetmə məsələlərində planlarının uğurla həyata keçirilməsinə təkan verəcək.
Eyni zamanda qeyd edirik ki, həyata keçirilən layihələrin maliyyələşdirilməsi məqsədilə SOCAR-ın kredit reytinqlərində də müsbət dəyişiklik baş verib. Belə ki, “Fitch” reytinq agentliyi tərəfindən uzunmüddətli kredit reytinq dərəcəsi “BB+/pozitiv” səviyyəsindən cari ildə investisiya səviyyəsi olan “BBB-/sabit” səviyyəsinə yüksəldilib, “Moody’s reytinq agentliyi “Ba1/sabit” reytinq dərəcəsindən “Ba1/pozitiv” reytinq dərəcəsinə artırılıb , “Standard and Poor’s” reytinq agentliyi isə SOCAR-ın “BB-/sabit” reytinqini təsdiq edib.
MSCI ESG reytinqin istifadəsi və məhdudiyyətləri haqqında məlumat:
MSCI ilkin ESG reytinqi və əlaqədar tədqiqat
-kompensasiya müqabilində “MSCI ESG Research” tərəfindən hazırlanmışdır;
-kredit reytinqi və ya kapital tədqiqat hesabatı deyil;
-heç bir zəmanət və ya dəqiqlik, keyfiyyət, tamlıq və ya faydalılıq zəmanəti olmadan məlumat məqsədləri üçün təqdim edilir;
-yalnız ilk buraxılış tarixinə qədər qüvvədədir, dəyişdirilə və geri götürülə bilər;
-investisiya təşviqi və ya hər hansı qiymətli kağızları almaq və ya satmaq üçün təklif və ya tövsiyə xarakteri təşkil etmir və nəzərdə tutulmur;
-tamamilə və ya qismən “MSCI ESG Research”ə şirkət tərəfindən və ya onun adından təqdim edilmiş məlumatlara əsaslanır (MSCI həmin məlumatları etibarlılıq, doğruluq, dəqiqlik, tamlıq nöqteyi-nəzərdən təsdiq etmir, məlumatların bir qismi ictimaiyyətə açıq olmayan məlumat ola bilər);
“MSCI ESG Research”in yazılı icazəsi olmadan həmin məlumatların sürəti çıxarıla və yayıla bilməz.
“MSCI ESG Research” https://www.msci.com/legal/provisional-rating ünvanında yerləşən məhdudiyyətlərin əlavə müddəaları nəzərə almaqla reytinq və əlaqəli tədqiqat və ya onlardan hər hansı istifadə ilə bağlı məsuliyyət daşımır.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
8 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
9 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
9 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib























