Çin avtomobilləri Volkswagen-i də "vurdu" - 3 zavodunu bağlamağı planlaşdırır
Almaniyanın avtomobil istehsalçıları inflyasiya təzyiqləri, yüksək enerji xərcləri, Avropada yavaş iqtisadi artım, ifrat sağçıların yüksəlişi və Çin avtomobil istehsalçılarının, eləcə də Teslanın rəqabəti ilə üzləşiblər. Avropada yüksək enerji və işçi qüvvəsi xərcləri şirkətlərin rəqabət qabiliyyətinin azalmasına və satışlarının düşməsinə səbəb olur.Almaniyanın avtomobil istehsalçısı Volkswagen Almaniyada ən azı 3 zavodunu bağlamağı və geniş miqyaslı ixtisar planlaşdırır.
Marja.az xəbər verir ki, bunu Volkswagen işçilərini təmsil edən Volkswagen Həmkarlar İttifaqının sədri Daniela Cavallo, Alman istehsalçısının baş qərargahının yerləşdiyi Volfsburqda işçilər üçün təşkil edilən məlumatlandırma tədbirindəki çıxışında bildirib.
O, "İdarə heyəti Almaniyada ən azı üç Volkswagen zavodunu bağlamaq istəyir" deyib.
Volkswagen-in ölkədəki digər obyektlərinin də kiçiləcəyinə qeyd edən Cavallo, şirkətin idarə heyətinin ixtisarları planlaşdırdığını bildirib.
Cavallo deyib: "İdarə heyəti bu ölkədə qalan bütün zavodlarda işçiləri ixtisar etməyi planlaşdırır. Konkret olaraq bu, məhsulların, miqdarın, növbələrin və bütün montaj xəttinin azaldılması deməkdir. Rəhbərlik bu məsələdə tamamilə ciddidir".
Almaniya hökumətinin təcili olaraq alman sənayesi üçün master plan hazırlamalı olduğunu bildirən Kavallo, sənayenin geriləməsinin dayandırılması lazım olduğunu qeyd edib.
Cavallo Almaniyada hansı zavodların bağlanacağını və ya Volkswagen Qrupunun Almaniyadakı təxminən 300 min işçisindən neçəsinin işdən çıxarıla biləcəyi barədə məlumat verməyib.
Volkswagen, qənaət və xərclərin azaldılması tədbirləri çərçivəsində 2024-cü ilin sentyabr ayının əvvəlində tarixində ilk dəfə olaraq Almaniyadakı zavodlarını bağlayacağını və 30 illik məşğulluq müqaviləsini 5 il tez ləğv edəcəyini açıqlamışdı.
Şirkət buna səbəb kimi Avropada yüksək enerji və işçi qüvvəsi xərclərinin onun rəqabət qabiliyyətini azaltmasını və satışlarının düşməsini göstərib.
Volkswagen Qrupunun 17 Avropa ölkəsində, Amerika, Asiya və Afrikada 10 ölkədə 114 istehsal müəssisəsində təxminən 650 min nəfəri çalışır.
Şirkətin Almaniyada işçilərinin sayı təxminən 300 min nəfər təşkil edir.
Qrup 10 milyard avro qənaət etməyi planlaşdırır
Volkswagen Qrupu 2026-cı ilə qədər 10 milyard avro qənaət və xərclərin azaldılması tədbirlərinin bir hissəsi olaraq 2026-cı ilə qədər personal xərclərini 5-də 1 azaltmağı planlaşdırır.
Digər tərəfdən, Almaniyanın avtomobil istehsalçıları inflyasiya təzyiqləri, yüksək enerji xərcləri, Avropada yavaş iqtisadi artım, ifrat sağçıların yüksəlişi və Çin avtomobil istehsalçılarının, eləcə də Teslanın rəqabəti ilə üzləşiblər.
İllik təxminən 280 milyard avro ixraca malik olan Almaniyanın avtomobil istehsalçıları, Çin və Avropadakı zəif tələb fonunda xərcləri azaltmaq və rəqabət qabiliyyətini saxlamaq üçün ciddi təzyiq altındadırlar.
Elektrikli nəqliyyat vasitələrinə keçid Almaniyanın avtomobil sənayesi üçün ölkədə və Avropa İttifaqında (Aİ) müxtəlif qaydalar və xammal təchizatı səbəbindən çətin olaraq qalır. Sənaye batareya texnologiyasına böyük sərmayələr yatırır, buna görə də artan xərclərlə mübarizə aparmaq məcburiyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
4 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
22 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi




















