Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Yaponiya Bankının (ölkənin mərkəzi bankı) (BoJ) bəyanətinə əsasən, bugün tənzimləyici qurum keçirilmiş iclasdan sonra uçot faiz dərəcəsini 0.25% səviyyəsində saxlamağa qərar verib. Bu qərarın fonunda USD/JPY valyuta cütlüyü kəskin ucuzlaşıb. Belə ki, faiz dərəcəsi qərarı açıqlanandan qabaq 153.570 səviyyəsində ticarət olunan cütlük hal-hazırda 152.940 səviyyəsində qərarlaşıb. Həmçinin, Yaponiyada avqust ayı ilə müqayisədə sentyabr ayında sənaye istehsalı 1.4% artıb.
Qızılın qiyməti dünən gün sonunda 2790$ səviyyəsini test etməklə tarixi rekordunu yenilədi. “Brent” markalı neftin bir barrel üçün qiyməti isə ötən gün ərzində bahalaşmağa davam edib və artıq 73$-ın üzərində ticarət olunur.
Ötən gün ABŞ-da ÜDM və İstehlak Xərcləri göstəricilərinin proqnozların altında dərc olunması dolların major valyutalar qarşısında ucuzlaşması ilə nəticələndi. Verilən məlumatlara əsasən, ölkə iqtisadiyyatı 2024-cü ilin üçüncü rübündə illik müqayisədə 2.8% böyüyüb. ABŞ iqtisadiyyatının üçdə ikisini təşkil edən istehlak xərcləri üçüncü rübdə 3.7%, PCE Core indeksi (ərzaq və enerji xərcləri istisna olmaqla istehlak qiymətlərindəki dəyişikliklər) isə 2.2% artıb.
Eləcə də, dünən Almaniyada açıqlanan məlumatlara görə, oktyabr ayında ölkədə İşsizlik Səviyyəsi 6.1%-ə yüksəlib, işsizlərin sayı isə 27 min nəfər artıb. Ölkənin 2024-cü ilin üçüncü rübündə ÜDM-i əvvəlki rüb ilə müqayisədə 0.2% artıb. Almaniya standartlarına uyğun olaraq hesablanan İstehlak Qiymətləri İndeksi isə illik ifadədə sentyabr ayı ilə müqayisədə oktyabr ayında 1.6%-dən 2%-ə qədər artıb. Aylıq ifadədə istehlak qiymətləri oktyabr ayında 0.4% artıb.
Əlavə olaraq qeyd etmək lazımdır ki, Avrozonanın ÜDM-i 2024-cü ilin üçüncü rübündə əvvəlki rüb ilə müqayisədə 0.4%, illik ifadədə isə 0.9% artıb. “Automatic Data Processing” (ADP) analitik şirkətinin verdiyi məlumata əsasən, sentyabr ayı ilə müqayisədə oktyabr ayında ABŞ-ın özəl sektorunda iş yerlərinin sayı 233 min artıb.
Bugün Avrozonada inflyasiyaya və İşsizlik Səviyyəsinə dair dərc olunacaq rəqəmlər investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Həmçinin, ABŞ-da açıqlanacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı və ölkə əhalisinin xərcləri ilə bağlı göstəricilər də maraqla gözlənilir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 3 saat sonra
-
-
9 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
18 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 18 saat əvvəl
-
18 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
20 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"















.jpg)






