Bayram günlərində bank və valyuta mübadilə xidmətləri fəaliyyət göstərəcək
Tariximizin şanlı səhifələrini yaşadan Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günləri olaraq müəyyən edilmiş 08–13 noyabr 2024–cü il tarixlərində bankların və “Azərpoçt” MMC-nin bir sıra filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, qeyd olunan qeyri-iş günlərində əhalinin və ölkəmizi ziyarət edən qonaqların valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 19 bankın 180 xidmət nöqtəsi (o cümlədən, 5 bank üzrə 12 xidmət nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, eləcə də valyuta mübadiləsinə lisenziya almış valyuta mübadiləsi məntəqələri müştərilərə xidmət göstərəcək.
Həmçinin noyabr ayında əlamətdar günlərin və COP29 tədbirinin təsadüf etdiyi qeyri-iş günlərində Mərkəzi Bankın 966 Qaynar xətti vətəndaşlara 09:00-18:00 saatları (13:00-14:00 fasilə) ərzində xidmət göstərməyə davam edəcək.
Qeyri-iş günlərində müvafiq maliyyə institutlarının iş qrafiki ilə bağlı məlumatı aşağıdakı keçidlərdən əldə etmək mümkündür:
Qeyd edək ki, iqlim dəyişikliyinə qarşı beynəlxalq fəaliyyətin təşviq olunmasında əsas platforma kimi çıxış edəcək COP29 konfransının keçiriləcəyi məkanlarda bankların ATM və POS-terminal infrastrukturunun davamlı fəaliyyətinin təmin olunması diqqət mərkəzində saxlanılacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


.jpg)


